Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq - DEPUTAT
Tarix: 14-06-2026 | Saat: 10:11
Bölmə:Gündəm | çapa göndər

İyunun 15-i Azərbaycan tarixində xüsusi məna və əhəmiyyət daşıyan günlərdən biridir. Çünki bu gün yalnız keçmişimizin deyil, həm də bugünkü reallıqlarımızın və əldə etdiyimiz uğurların başlanğıc nöqtəsidir.
Bunu mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, deputat Azər Badamov söyləyib.
O bildirib ki, Azərbaycanın müasir inkişaf yolunun təməlində məhz 15 İyun – Milli Qurtuluş Günü dayanır. Dövlətçiliyimizin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkənin xaosdan sabitliyə çıxarılması baxımından bu tarix müstəsna rol oynayıb. Əks təqdirdə Azərbaycan parçalanma, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi kimi ciddi təhlükələrlə üzləşə bilərdi.
"1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki xaos, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ağır vəziyyətə salmışdı. Hakimiyyətdə olan AXC–Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirir, dövlətçiliyin gələcəyini sual altında qoyurdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu tarix ölkənin taleyində dönüş nöqtəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atıldı, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, dövlət idarəçiliyində nizam yaradıldı. Bununla yanaşı, milli maraqlara əsaslanan yeni xarici siyasət kursu müəyyənləşdirildi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinin əsası qoyuldu. Sonrakı illərdə həyata keçirilən enerji strategiyası, iqtisadi islahatlar və ordu quruculuğu siyasəti ölkənin sürətli inkişafını təmin etdi. Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırdı", - deyə A.Badamov vurğulayıb.
Deputat əlavə edib ki, Ümummilli Lider Heydər Əliyev yalnız böhrandan çıxış yolu göstərmədi, həm də Azərbaycanın gələcək inkişafını təmin edən möhkəm siyasi irs formalaşdırdı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirildi və yeni mərhələyə yüksəldi: “Bu gün Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edib, regionda söz sahibi olan güclü dövlət kimi inkişaf edir. İşğaldan azad edilmiş torpaqlarda Böyük Qayıdış Proqramının həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri və milli birliyin daha da möhkəmlənməsi bu inkişafın bariz nümunəsidir. Buna görə də 15 İyun, sadəcə, tarixi bir gün deyil. Bu tarix Azərbaycan dövlətçiliyinin xilası, sabitlik və inkişaf yolunun başlanğıcı kimi xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2026