15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yüksəlişə aparan yol
Tarix: 14-06-2026 | Saat: 19:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan xalqının müasir tarixində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlət müstəqilliyinin qorunması, sabitliyin bərpası və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edilərək yeni inkişaf mərhələsinə qədəm qoymasının simvoludur. Milli Qurtuluş Günü xalqın öz taleyini müəyyənləşdirmək əzmini, dövlətçilik ənənələrinə sədaqətini və milli birliyini təcəssüm etdirən əlamətdar tarixi hadisə kimi qiymətləndirilir. Məhz 15 İyun Azərbaycan tarixində sabitliyin, güclü dövlət quruculuğunun və sonrakı uğurların başlanğıcı kimi xüsusi yer tutur.
Bu fikirləri aia.az-a açıqlamasınsa Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi siyasi, iqtisadi və hərbi böhranlarla üzləşdi. AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi, dövlət idarəetmə sisteminin zəifliyi, ölkənin müxtəlif bölgələrində separatçılıq meyllərinin güclənməsi, silahlı dəstələrin qanunsuz fəaliyyəti və hakimiyyət uğrunda daxili çəkişmələr ölkəni dərin uçuruma sürükləyirdi. 1993-cü ilin əvvəllərində respublikada yaranmış vəziyyət faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi yaratmış, Azərbaycanın bir dövlət kimi mövcudluğunu sual altına almışdı.
Həmin dövrdə dövlət müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər özünü açıq şəkildə göstərirdi. İqtisadi tənəzzül dərinləşir, dövlət əmlakının talan olunması kütləvi xarakter alır, ölkənin mənzil fondu və digər strateji resursları mənimsənilirdi. Dövlət idarəçiliyində təcrübəsiz şəxslərin mühüm vəzifələrə təyin olunması idarəetmə böhranını daha da dərinləşdirirdi. Xarici siyasətdə buraxılan ciddi səhvlər nəticəsində Azərbaycan bir sıra dövlətlərlə münasibətlərini gərginləşdirmiş, beynəlxalq təcrid təhlükəsi ilə üzləşmişdi.
Belə bir taleyüklü məqamda xalqın və ölkənin sağlam düşüncəli siyasi qüvvələrinin təkidli çağırışına cavab verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Xalqın böyük etimadı və dəstəyi ilə iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin tarixində yeni mərhələnin başlanğıcı oldu. Məhz buna görə də 15 İyun Azərbaycan xalqının yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmuşdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyin təmin olunması, qanunçuluğun bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdı. O, həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə yollandı, qardaş qırğınının qarşısının alınması üçün mühüm tədbirlər gördü və ölkəni anarxiya mühitindən çıxarmağa nail oldu. Ulu Öndərin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edildi.
1993-cü ilin 15 iyunundan başlayan yeni inkişaf mərhələsi Azərbaycanın tərəqqi yoluna çıxmasını təmin etdi. Dövlət institutları formalaşdırıldı, hüquqi və demokratik dövlət quruculuğunun əsası qoyuldu, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gücləndi, müstəqil xarici siyasət kursu müəyyənləşdirildi və ölkəmiz dünya birliyinin etibarlı tərəfdaşlarından birinə çevrildi. Ulu Öndərin xilaskarlıq missiyasının uğurla həyata keçməsində üç mühüm amil xüsusi rol oynadı: xalqın Heydər Əliyevə olan sarsılmaz inamı və dəstəyi, onun nadir liderlik keyfiyyətləri və mənsub olduğu xalqa, Vətənə sonsuz sevgisi. Məhz bu amillər Azərbaycanın ən ağır sınaqlardan çıxaraq güclü dövlətə çevrilməsinə imkan yaratdı.
1993–2003-cü illərdə həyata keçirilən siyasət bugünkü Azərbaycanın uğurlarının möhkəm təməlini formalaşdırdı. Həmin dövrdə başlanmış iqtisadi və siyasi islahatlar ölkənin sürətli inkişafına şərait yaratdı, dövlət institutlarını gücləndirdi və Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Xüsusilə ordu quruculuğu sahəsində atılan addımlar müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının əsasını qoydu.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmiz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, regionun lider dövlətlərindən birinə çevrilib, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib. Əminliklə deyə bilərik ki, Azərbaycan öz prinsipial mövqeyi, müstəqil siyasi iradəsi, güclü iqtisadiyyatı və qüdrətli ordusu ilə dünyada hörmət qazanan dövlətlər sırasındadır. Bütün bunlar vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının və dövlətçilik fəlsəfəsinin uğurlu nəticələridir.
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir, onun dövlətçilik irsini yüksək qiymətləndirir. Hər il qeyd olunan Milli Qurtuluş Günü xalqımızın dövlətçilik ənənələrinə sədaqətinin, milli birliyinin və güclü Azərbaycanın gələcəyinə inamının təcəssümü kimi böyük qürur hissi ilə qarşılanır. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər