İşıqlı ömrün 90 illik salnaməsi: Maarif fədaisi Salman Çobanovun əbədi izləri
Tarix: 16-06-2026 | Saat: 15:42
Bölmə:Özəl / Təhsil / Qərbi Azərbaycan | çapa göndər

Həyat bəzən bir insanın ömrünə bütöv bir xalqın, bir nəslin taleyini, bir yurdun kədərini və bir elin məğrurluğunu sığdırır. Belə ömürlər təqvim vərəqləri ilə deyil, Vətənə və elmə xidmətlə, əqidə uğrunda mübarizə ilə ölçülür. İyunun 13-də "Fuad" sarayında keçirilən, professor Məhəmməd İmanlının təşkilatçılığı ilə baş tutan Salman Çobanovun 90 illik yubiley tədbiri, sadəcə bir xatirə gecəsi deyil, bütöv bir maarifçilik dastanının təntənəsi oldu. Şair-publisist Şəmsi Qocanın aparıcılığı ilə baş tutan tədbir bir maarif fədaisinin ömür yoluna tutulan çıraq oldu və yubilyarın keçdiyi çətin, lakin shərəfli yollar bir daha sevgi və ehtiramla yada salındı.
Qərbi Azərbaycanın Amasiya rayonunun Çivinli kəndində dünyaya göz açan, böyük Xəlilöyü tayfasının müdrik nümayəndəsi Salman Məmməd oğlu Çobanovun həyatı, tarixin qaranlıq sınaqlarına və fırtınalarına sinə gərmiş bir qəhrəmanlıq yoludur. O, sadəcə bir müəllim, bir məktəb direktoru deyildi; o, öz ömrünü bir məktəbə, bir xalqın maariflənməsinə və itməkdə olan tarixi yaddaşın bərpasına həsr etmiş sarsılmaz iradə sahibi idi. 1943-cü ildə ilk addımlarını təhsilə atan Salman müəllim, 1965-ci ildə Çivinli kənd səkkizillik məktəbində kəndin ilk ali təhsilli müəllimi kimi pedaqoji fəaliyyətə başlayarkən, əslində gələcək nəsillərin bünövrəsini qoyurdu.

Yubiley gecəsində qeyd olunduğu kimi, Salman Çobanovun həyatı həm də haqsızlığa qarşı bir dirəniş tarixi idi. Onun fəaliyyətinin zirvəsi, 1980-ci illərdə Çivinli kənd orta məktəbinin tikilməsi uğrunda apardığı ölüm-dirim mübarizəsi oldu. Məkrli planla kənd qəbiristanlığının ərazisinə salınan məktəb layihəsini, millətçi ideologiyanın təzyiqlərinə baxmayaraq dəyişdirməyi bacaran Salman müəllim, həm babaların məzarlarını xilas etdi, həm də türk izinin bu torpaqlardan silinməsinə imkan vermədi.
"Fuad" sarayındakı görüş, Çivinli kənd icmasının sədri, professor Məhəmməd İmanlının yüksək təşkilatçılıq qabiliyyəti ilə bir ziyalı yığıncağına çevrildi. Tədbirdə professorlar Aslan Bayramov və Avtandil Ağbaba, Salman müəllimin vaxtilə çiyin-çiyinə çalışdığı silahdaşları Fətulla müəllim və Vahid Xəlilov onun keçdiyi şərəfli yoldan, 1988-ci ilin qanlı-qadalı günlərində göstərdiyi insanpərvərlikdən, qaçqınlıq dövründə Daşkəsəndəki fəaliyyətindən ətraflı bəhs etdilər.

Bu unudulmaz gecədə doğma yurdun birliyi və fədakarlığı da xüsusi ehtiramla qeyd olundu; tədbirdə kənd icmasının fəal nümayəndələri Amasiya rayon İcmasının rəhbərliyi tərəfindən Fəxri diplomlarla təltif edildilər. Çıxış edənlər bir daha vurğuladılar ki, Salman Çobanovun "Maarif əlaçısı" adına layiq görülmesi, onun pedaqoji fəaliyyətinin rəsmi təsdiqi olsa da, xalqın ona olan sevgisi bütün mükafatlardan daha ali və əbədidir. Tədbirin sonunda söz alan Salman müəllimin övladları belə bir tədbirin keçirilməsinə, ömrünü təhsilə həsr etmiş atalarının hörmətlə anılmasına görə tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Salman Çobanov 2005-ci il oktyabrın 28-də dünyasını deyişsə də, onun bizə qoyub getdiyi müqəddəs irs yaşayır. Doqquz övlad böyüdüb Vətənə layiqli vətəndaşlar kimi yetişdirən, qaçqınlıq illərində soydaşlarının pənah yerinə çevrilən bu böyük ziyalı, indi hər birimizin qəlbində yandırılmış sönməz bir maarif çırağıdır. Yubiley gecəsi bir daha sübut etdi ki, Salman Çobanovun adı təkcə Amasiya təhsil sistemində deyil, bütövlükdə Azərbaycan maarifçilik tarixində öz layiqli yerini tutub. O, düşmən qarşısında qəddini şax tutan, milli mənliyini heç bir vəzifəyə satmayan, millətinin işıqlı gələcəyi üçün yaşayan bir vicdan bələdçisi kimi xatırlanacaq. Ruhu şad, əməlləri əbədi, adı isə gələcək nəsillərin yoluna işıq saçan bir mayak olsun!
Ülviyyə Əsgər
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər