Nizami ordudan böyük zəfərə: 26 iyun silahlı qüvvələr günü
Tarix: 19-06-2026 | Saat: 14:34
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və torpağı uğrunda yadelli işğalçılara qarşı amansız mübarizə aparmış, tarixin ən çətin sınaqlarından hərbi rəşadəti və sarsılmaz döyüşkənlik ruhu sayəsində başıuca çıxmış qəhrəman bir millətdir. Bu qədim mübarizə ənənəsi ulu öndər Heydər Əliyevin dühası ilə birləşərək müasir dövlətçiliyimizin qarantı olan nizami ordunun yaradılması ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir müstəqil Azərbaycanın memarının ordu quruculuğu sahəsində apardığı məqsədyönlü və ardıcıl siyasəti dahi uzaqgörənliklə davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi gücümüzü dünyanın ən müasir standartları səviyyəsinə yüksəltmişdir. Bu strateji varislik və sarsılmaz xalq-ordu birliyi rəşadətli Silahlı Qüvvələrimizi tarixi torpaqlarımızı işğaldan azad edən, suverenliyimizi tam bərpa edən və 26 İyun Silahlı Qüvvələr Gününü bizə qalib bir xalq kimi yaşadan qüdrətli bir zəfər ordusuna çevirmişdir.
Müasir hərbi sistemimizin inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə birbaşa bağlıdır. Hələ ötən əsrin yetmişinci illərində, sovet rejiminin yaratdığı ciddi maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi lisey təsis edildi. Məhz bu addım gələcək müstəqilliyimizin hərbi elitasının formalaşmasında müstəsna rol oynadı.
Doxsanıncı illərin əvvəllərində ölkədə hökm sürən xaos və pərakəndə silahlı qruplaşmalar torpaqlarımızın itirilməsinə zəmin yaratmışdı. Belə bir ağır dövrdə xalqın təkidli tələbi ilə idarəçiliyi yenidən üzərinə götürən Heydər Əliyev, ilk növbədə, bu dağınıq dəstələri ləğv edərək vahid komandanlığa tabe olan nizami ordunun əsasını qoydu. Atəşkəs dövründən sonra hərbi islahatlar daha da sürətləndi, hərbi təhsil sistemi gücləndirildi və ordu beynəlxalq standartlara inteqrasiya olunmağa başladı. Bu uzaqgörən strategiyanın davamı olaraq 26 İyun tarixi rəsmi dövlət bayramı elan edildi.
Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini və qələbə əzmini meydanda addım-addım nümayiş etdirdi. Aprel döyüşlərində və Günnüt əməliyyatında qazanılan uğurlar ordumuzun taktiki üstünlüyünün ilk ciddi siqnalları idi. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi isə tariximizin ən parlaq zirvəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərəkət edən ordumuz qısa müddətdə çoxsaylı şəhər və kəndlərimizi işğaldan qurtardı. Hərbi strategiyamızın gücü qarşısında tab gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı və digər rayonlarımız bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Bu şanlı salnamənin yekunu olaraq keçirilən birgünlük lokal antiterror tədbirləri ilə separatizmin kökü tamamilə kəsildi və ölkəmizin suverenliyi bütün ərazilərimizdə bərpa olundu. Ordumuzun nümayiş etdirdiyi vətənpərvərlik ruhu, bir nəfər də olsun fərarinin olmaması və tətbiq edilən müasir döyüş taktikası bu gün dünyanın ən nüfuzlu hərbi mərkəzlərində dərslik kimi öyrənilir. Bu böyük qələbənin şərəfinə paytaxtda möhtəşəm Zəfər Paradı təşkil olundu, xalqımızın qəhrəmanlığını əbədiləşdirən park və muzey kompleksləri istifadəyə verildi.
Qazanılan tarixi təcrübə müharibədən sonra da ordu strukturunun təkmilləşdirilməsinə təkan verdi. Xüsusilə çətin coğrafi və dağlıq şəraitdə döyüş tapşırıqlarını yerinə yetirmək üçün yeni Komando birləşmələri formalaşdırıldı. Ali Baş Komandanın da vurğuladığı kimi, bu briqadalar ordumuzun vuran qolunu daha da gücləndirir. Eyni zamanda, Türkiyə ordusunun qabaqcıl modelinə uyğun olaraq yeni hərbi təhsil ocaqları və ixtisaslaşdırılmış diplomatiya kursları fəaliyyətə başladı. Şuşa Bəyannaməsi isə Türkiyə ilə hərbi müttəfiqliyimizi rəsmən ən yüksək səviyyəyə ucaltdı.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu dövlətin ən strateji prioritetinə çevrilib. Yerli hərbi sənaye kompleksinin inkişaf etdirilməsi sayəsində daxili istehsal gücləndirilib və ordumuz mindən çox adda hərbi təyinatlı məhsulla təmin olunub. Məhz bu sistemli işlərin nəticəsidir ki, Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə Cənubi Qafqazın lideri və dünyanın ən güclü orduları sırasındadır. Hüquqi bazanın möhkəmləndirilməsi, müdafiə xərclərinin davamlı olaraq artırılması ordunun maddi-texniki bazasını yenilməz edib.
Beynəlxalq müstəvidə müasir hərbi texnologiyaların və hava hücumundan müdafiə sistemlərinin arsenalımıza daxil edilməsi üçün aparıcı dövlətlərlə fəal tərəfdaşlıq əlaqələri qurulur. Dövlətimiz hərbçilərin sosial müdafiəsini də diqqətdə saxlayır; uzun illər xidmət etmiş hərbi qulluqçuların mənzillə təminatı, maaşların mütəmadi artırılması və gənc kursantlar üçün yaradılan güzəştli ipoteka imkanları bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.
Dövlət başçımızın qeyd etdiyi kimi, biz artıq Silahlı Qüvvələr Gününü məğrur və qalib bir xalq kimi qeyd edirik. 26 İyun – bu sarsılmaz iradənin, milli qürurun və əbədi qələbəmizin təntənəsidir!
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2026