Mobil versiya
Mikroavtobus aşdı, xəsarət alanlar var
Tarix: 20-06-2026 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Mikroavtobus aşdı, xəsarət alanlar var


Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına itin çıxması səbəbindən baş verib.Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə