Mobil versiya
Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək
Tarix: 22-06-2026 | Saat: 09:14
Bölmə:Dünya | çapa göndər

Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək

“İsveçrədə keçirilən danışıqlarda İran və ABŞ vasitəçiləri 18 saat davam edən müzakirələr zamanı əldə edilən razılaşmaların mətnini təqdim edəcəklər”.

aia.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.

O bildirib ki, razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək.

“Mətndə mənim qeyd etdiyim əsas məqamlar öz əksini tapacaq. O, 18 saat ərzində əldə olunmuş razılaşmaların sənədi kimi təqdim ediləcək”, - Bəqai qeyd edib.

O, həmçinin İran neftinin satışına lisenziyaların verilməsi və İslam Respublikasının dondurulmuş aktivlərinin blokdan çıxarılmasını ABŞ ilə yekun saziş üzrə danışıqlara keçid üçün əsas şərtlər kimi qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-06-2026