Mobil versiya
Qlobal texniki nasazlıq: Məşhur internet xidmətləri çökdü
Tarix: 22-06-2026 | Saat: 22:14
Bölmə:Dünya | çapa göndər

Qlobal texniki nasazlıq: Məşhur internet xidmətləri çökdü


İyunun 22-də internet istifadəçiləri bir sıra populyar platformalara girişdə problemlərlə üzləşiblər. Çətinliklərin "Cloudflare" sistemində baş verən nasazlıqla əlaqəli olduğu bildirilir.

aia.az xəbər verir ki, bunu "Downdetector" portalının məlumatları təsdiqləyir.

İstifadəçilər "X" sosial şəbəkəsinə, "Reddit", "Zoom" və "Discord" xidmətlərinə, eləcə də "Epic Games Store" (EGS), "Fortnite" və "Epic Games" mağazasına girişdə problemlər yaşadıqlarını bildiriblər. Bundan başqa, "Microsoft" və "Amazon" xidmətlərində, həmçinin bir sıra digər platformalarda da nasazlıqlar müşahidə olunub.

Hazırda problemin tam olaraq nə vaxt aradan qaldırılacağı məlum deyil. "Cloudflare" nasazlığın aradan qaldırılması istiqamətində iş apardığını bildirib. Bununla belə, bu tip texniki problemlərin həlli bəzi hallarda bir neçə saat çəkə bilər.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-06-2026