Mobil versiya
Azərbaycan manatının dövretmə sürəti azalıb
Tarix: 26-06-2026 | Saat: 20:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan manatının dövretmə sürəti azalıb


Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

aia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə eyni, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin iyunun 1-nə nisbətən isə 0,4 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-06-2026