SON DƏQİQƏ: Yeşilçamın unudulmaz əfsanəsi VƏFAT ETDİ
Tarix: 26-06-2026 | Saat: 20:09
Bölmə:Şou-biznes | çapa göndər

Türkiyə kinosunun və Yeşilçamın unudulmaz əfsanəsi, ustad aktyor Kadir İnanır müalicə olunduğu xəstəxanada 77 yaşında vəfat edib.
aia.az xəbər verir ki, ustad sənətçi mayın 14-də ağciyərlərindəki infeksiya səbəbindən yaranan pnevmoniya (sətəlcəm) diaqnozu ilə təcili xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağırlaşması səbəbindən 6 gün əvvəl reanimasiya şöbəsinə köçürülən İnanır tənəffüs çatışmazlığının artması nəticəsində həkimlər tərəfindən süni tənəffüs aparatına qoşulub. Həkimlərin bütün səylərinə və reanimasiya müdaxilələrinə baxmayaraq, məşhur aktyor çoxlu orqan çatışmazlığı və tənəffüs çatışmazlığı səbəbindən həyat mübarizəsini itirib.
Qeyd edək ki, 1949-cu ildə Ordunun Fatsa rayonunda doğulan Kadir İnanır hələ məktəb illərində səhnə istedadı ilə seçilib.
Marmara Universitetinin Kommunikasiya Fakültəsinin Radio-Televiziya ixtisasını bitirən sənətçi 1967-ci ildə "Ses" jurnalının, 1968-ci ildə isə "Saklambaç" qəzetinin keçirdiyi müsabiqələrdə uğur qazanaraq kino aləminə addım atıb. "Yedi Adım Sonra" filmi ilə kinoya başlayan aktyor ilk baş rolunu rejissor Atıf Yılmazın "Kara Gözlüm" filmində Türkan Şoray ilə bərabər canlandırıb.
O, karyerası boyu "Selvi Boylum Al Yazmalım", "Utanç", "Amansız Yol", "Kırık Bir Aşk Hikayesi", "Tatar Ramazan" və "Yılanların Öcü" başda olmaqla 180-dən çox bədii film və serialda rol alıb.
Uzun müddətdir həyat yoldaşı Jülide Kural ilə birlikdə mətbuatdan uzaq bir həyat sürən ustad sənətçi 2024-cü ildə də beyninə qan sızması (laxtalanma) diaqnozu ilə xəstəxanaya qaldırılmış və müalicədən sonra evə buraxılmışdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-06-2026