“Bizə bomba ata bilməzsiniz!" -Bakıdan iranlı deputata ŞİLLƏ kimi cavab
Tarix: 27-06-2026 | Saat: 12:10
Bölmə:Siyasət | çapa göndər

İranda prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin təzyiqləri getdikcə sərtləşir. Bu kampaniyanın ən fəal simalarından biri olan Tehran deputatı Kamran Qəzənfəri növbəti dəfə qalmaqallı çıxışı ilə gündəmə gəlib. O, bu dəfə təkcə Pezeşkianı deyil, Azərbaycanı əsassız ittihamlarla hədəfə alıb. Deputatın səsləndirdiyi fikirlər arasında İranın vaxtilə Bakıya hərbi zərbə endirməyi planlaşdırdığı barədə sensasion iddia da yer alıb. Bu bəyanatlar həm İran daxilində siyasi qarşıdurmanın miqyasını, həm də bəzi dairələrin Azərbaycanla münasibətlərdə gərginlik yaratmaq cəhdlərini bir daha üzə çıxarır.
Bəs Qəzənfərinin bu çıxışlarının arxasında hansı siyasi məqsədlər dayanır?
Deputat Hikmət Babaoğlu Musavat.com-a qeyd edib ki, İran son müharibədə dostlarını da, düşmənlərini də yenidən tanıdı. Onun sözlərinə görə, məhz bu prosesdə aydın şəkildə ortaya çıxdı ki, İrandakı müəyyən dairələrin Azərbaycanın qonşusuna qarşı təhlükə mənbəyi kimi təqdim etməsi uydurmadan başqa bir şey deyil və məqsəd münasibətləri korlamaqdır:
“Çünki İranın ən çətin günlərində Azərbaycan onun yanında oldu. Əsla və əsla Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhdidə yol verilmədi. Əksinə, Azərbaycan İrana ilk humanitar yardım edən ölkələrdən biri oldu və digər ölkələrin humanitar yardımlarının çatdırılması üçün də öz qapılarını açdı. Bu, sıradan və ya təsadüfi bir addım deyildi. Hazırkı mürəkkəb beynəlxalq konyunktura şəraitində Azərbaycan hətta müəyyən dairələrin mümkün təzyiqlərini nəzərə almadan bu cəsarətli addımları atdı”.
Deputat xatırladıb ki, Pezeşkian buna görə Azərbaycan prezidentinə təşəkkürünü ifadə edib və beləliklə, illər boyu ölkəmizə qarşı qurulan hücum narrativləri faktiki olaraq çöküb: “Məhz bu vəziyyət İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən radikal fars-şovinist dairələri, eləcə də radikal məzhəbçi qrupları ciddi şəkildə narahat edir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının tədbirində iştirak etmək üçün Azərbaycana gələn İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın səsləndirdiyi fikirlər də İraiki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanması üçün ideoloji baxımdan yeni bir səhifə açdı. Çünki Qalibaf da Azərbaycanın və cənab prezidentin İranın yanında dayanmasını xüsusi vurğulayaraq təşəkkürünü bildirdi”.
H.Babaoğlu yada salıb ki, İranın keçmiş ali lideri Seyid Əli Xameneinin vəfatından sonra bu ölkənin səfirliyinə başsağlığına gedən yeganə dövlət başçısı İlham Əliyev olub: “Cənab İlham Əliyev İranın Bakıdakı səfirliyinə gedib, kədərini bölüşdüyünü bildirib. Və İran xalqının zəruri yardıma ehtiyacı yaranan zaman Azərbaycan prezidenti dəfələrlə qətiyyətli qərarlar qəbul edib. Bütün bunlar qonşuluq əlaqələrində yeni bir səhifənin açılması üçün tarixi fürsət yaradıb. Məhz bu fürsətdən narahat olan qüvvələr İran xalqının həqiqətləri dərk etməsinin qarşısını almağa, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar. Ona görə təxribat xarakterli bəyanatlar səsləndirilir ki, onlardan biri də Kamran Qəzənfəridir”.
Onun fikrincə, Qəzənfərinin İranın guya Bakını hədəf ala biləcəyi ilə bağlı iddiaları reallıqdan uzaqdır. Deputat hesab edir ki, Aərbaycan təhlükəsizliyini təmin etmək üçün ciddi müdafiə sistemi formalaşdırıb: “Digər tərəfdən, belə bir təxribata cəhdin nəticələrinin nə olacağını İranda yaxşı anlayırlar. Azərbaycan tək deyil və qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi çərçivəsində hərbi-strateji müttəfiqlik münasibətləri mövcuddur. Bununla yanaşı, Azərbaycanın özünün də güclü və peşəkar ordusu var. Lakin məsələnin daha mühüm tərəfi başqa yerdədir. Azərbaycanın ən böyük güclərindən biri elə İranda yaşayan milyonlarla azərbaycanlıdır. Nə qədər radikal mövqedə dayanmasından asılı olmayaraq, heç bir İran rəhbəri 40 milyonluq Azərbaycan türkünün, İran vətəndaşı olan azərbaycanlıların iradəsinə zidd şəkildə Bakıya nəinki bomba, heç bir güllə belə ata bilməz.
Çünki belə bir halda qarşısında milyonlarla təbrizlini, ərdəbillini, mərəndlini görər. Necə ki Azərbaycan öz ərazisindən İrana qarşı təhdidə imkan vermədi, eləcə də İrandakı soydaşlarımız da bizə qarşı buna razı olmazlar. Qəzənfərinin sözləri təxribat xarakteri daşıyır. Eyni zamanda, onun fikirləri həm də İranda yaşayan azərbaycanlılara, onların milli hisslərinə qarşı yönəlmiş təxribatdır. Əslində, Azərbaycan və İran dünyanın bir-birinə ən yaxın ölkələrindən, xalqlarından hesab olunurlar. Bu reallıq gec-tez daha aydın şəkildə özünü göstərəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-06-2026
26-06-2026