Mobil versiya
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla qələbə qazanıb
Tarix: 27-06-2026 | Saat: 21:51
Bölmə:İdman | çapa göndər

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla qələbə qazanıb


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

"aia.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.

"In Gernot Langes" stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.

Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-06-2026