Mobil versiya
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Xocalıda damazlıq heyvandarlıq kompleksi ilə tanış olublar
Tarix: 29-06-2026 | Saat: 12:12
Bölmə:Ölkə | çapa göndər

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Xocalıda damazlıq heyvandarlıq kompleksi ilə tanış olublar


Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları Xocalı rayonunun Xanabad kəndində yerləşən “Qoç Ət Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Damazlıq Yetişdirmə Kompleksinə səfər ediblər.

aia.az xəbər verir ki, Səfərin əsas məqsədi regionda fəaliyyət göstərən müasir heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə yerində tanış olmaq, damazlıq heyvandarlığın inkişaf perspektivlərini dəyərləndirmək, tətbiq olunan innovativ yanaşmalar və istehsal potensialı barədə fikir mübadiləsi aparmaq olub.

Kompleksdə həyata keçirilən damazlıq heyvandarlıq fəaliyyəti çərçivəsində yüksək məhsuldarlığa malik cinslərin yetişdirilməsi, seleksiya işlərinin təşkili, genetik göstəricilərin yaxşılaşdırılması və keyfiyyətli yem bazasının formalaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, təsərrüfatda müasir yetişdirmə texnologiyaları tətbiq olunur, heyvanların yemlənməsi, saxlanılması və baytarlıq xidməti beynəlxalq standartlara uyğun şəkildə təşkil edilib.

AXA kollektivi həmçinin təsərrüfatda heyvandarlıq məhsullarının istehsal prosesi, idarəetmə mexanizmləri və gələcək inkişaf strategiyaları ilə yaxından tanış olub. Qeyd edilib ki, bu kimi müasir komplekslər ölkədə ət istehsalının artırılmasına, daxili bazarın keyfiyyətli məhsulla təmin olunmasına və ixrac potensialının genişləndirilməsinə mühüm töhfə verir.

Görüş zamanı aqrar sahədə dövlət dəstəyi mexanizmləri, fermerlərlə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvandarlığın təşviqi və innovativ həllərin tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Aqrar Xidmətlər Agentliyinin nümayəndələri kompleksdə görülən işləri yüksək qiymətləndirərək belə müasir təsərrüfat modellərinin genişləndirilməsinin aqrar sektorun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Səfər çərçivəsində gələcək əməkdaşlıq imkanları da müzakirə olunub və qeyd edilib ki, dövlət–özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilən layihələr kənd təsərrüfatında səmərəliliyin artırılmasına, regionların sosial-iqtisadi inkişafına və məşğulluğun genişlənməsinə mühüm töhfə verir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026