Mobil versiya
Girovların qaçırılmasında ittiham olunan qruplaşma üzvünün öldürüldüyü açıqlanıb
Tarix: 29-06-2026 | Saat: 12:38
Bölmə:Özəl | çapa göndər

Girovların qaçırılmasında ittiham olunan qruplaşma üzvünün öldürüldüyü açıqlanıb




İsrail Müdafiə Ordusu və ölkənin Ümumi Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağının şimalında həyata keçirilən birgə əməliyyat zamanı "İslam Cihadı" silahlı qruplaşmasının üzvü olduğunu bildirdikləri Zahar Brahim Xalil Abu Salemin öldürüldüyünü açıqlayıb.

İsrail rəsmilərinin yaydığı məlumata görə, əməliyyat yüksək dəqiqlikli hava zərbəsi ilə həyata keçirilib. Bildirilir ki, Abu Salem 7 oktyabr 2023-cü il hücumlarında iştirak edib və həmin gün İsrail ərazisindən mülki şəxslərin qaçırılması, eləcə də girovların Qəzzada saxlanılması prosesində rol oynayıb.

İsrail təhlükəsizlik qurumları onun girovların saxlanılması və nəzarətdə tutulması ilə bağlı fəaliyyət göstərdiyini iddia edərək, əməliyyatın bu məlumatlar əsasında planlaşdırıldığını bildiriblər.

Rəsmi açıqlamada qeyd olunub ki, 7 oktyabr hücumlarında iştirak etdiyi iddia olunan şəxslərin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdiriləcək.

Hadisə ilə bağlı "İslam Cihadı" tərəfindən hələlik rəsmi açıqlama verilməyib və İsrailin irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026