Mobil versiya
Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır - RƏQƏMLƏR
Tarix: 30-06-2026 | Saat: 10:37
Bölmə:Təhsil | çapa göndər

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır -

16 938 müəllim yeni fənlər üzrə sertifikatlaşdırma imtahanına cəlb olunub.

aia.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı deyib.

Nazirin sözlərinə görə, onlardan tarix fənni üzrə 4 194 nəfər uğur qazanıb, 1 377 nəfər isə uğursuz olub. Fiziki tərbiyə üzrə 4 516 müəllim uğur, 903 nəfər mənfi nəticə toplayıb. Texnologiya üzrə 393 müəllim uğursuz olub, 2 555 müəllim uğurlu olub. Təsviri incəsənət fənnindən 1 405 müəllim müsbət nəticə əldə edib, 284 nəfər isə mənfi nəticə toplayıb. Musiqidən isə 270 müəllim uğursuz olsa da, 1 041 nəfər uğurlu nəticə əldə edib.

E.Əmrullayev qeyd edib ki, müəllimlərin əməkhaqqıları son 10 ildə əsaslə şəkildə artıb. Belə ki, sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) – 1300 manat maaş alır.

Əməkhaqqına 10% əlavə olunan 60 818 nəfər 1010 AZN əməkhaqqı alır.

Sertifikatlaşdırmada iştirak etməyən və ya birinci cəhddə uğur qazanmayan 23 984 nəfərlik heyət isə 770 manat maaş alır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2026