Manaf Manafov: "Rəqəmsal gələcəyin siyasi manifesti, Azərbaycanın yeni inkişaf mərhələsi"
Tarix: 30-06-2026 | Saat: 13:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası təkcə yeni bir dövlət qurumunun fəaliyyətə başlaması deyil, həm də ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu gün dünyada dövlətlərin iqtisadi gücü, təhlükəsizlik imkanları və beynəlxalq rəqabət qabiliyyəti artıq ənənəvi resurslardan daha çox rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya potensialı ilə ölçülür.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan rəhbərliyi rəqəmsal transformasiyanı sadəcə texnoloji yenilənmə kimi deyil, dövlət idarəçiliyinin, iqtisadi inkişafın və milli təhlükəsizlik sisteminin əsas strateji istiqamətlərindən biri kimi qəbul edir. Cənab Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirdiyi müşavirədə müəyyənləşdirilən prioritetlər və onların davamı olaraq qəbul edilən üçillik Fəaliyyət Planı Azərbaycanın rəqəmsal gələcəyinə dair konkret yol xəritəsinin mövcud olduğunu nümayiş etdirir. Bu isə təsadüfi deyil. Çünki XXI əsrin ikinci rübünə qədəm qoyan dünyada rəqəmsallaşma artıq dövlətlərin inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan, Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət qurumlarının fəaliyyətinin koordinasiyası, vahid rəqəmsal siyasətin formalaşdırılması və qəbul edilən qərarların operativ icrası baxımından mühüm institusional addımdır. Əslində, bu yanaşma dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə də tam uyğundur. Bu gün Sinqapur, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya və Finlandiya kimi dövlətlərin uğurlarının əsasında məhz mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sistemləri dayanır. Azərbaycan da son illər bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. "ASAN xidmət" modeli artıq beynəlxalq səviyyədə ən uğurlu elektron dövlət xidmətlərindən biri kimi qəbul olunur. Rəqəmsal hökumət platformalarının genişləndirilməsi, elektron imza sisteminin tətbiqi, "myGov" portalının imkanlarının artırılması və dövlət xidmətlərinin elektronlaşdırılması ölkənin rəqəmsal transformasiya prosesində əhəmiyyətli mərhələlər hesab edilir. Mehriban xanım Əliyevanın çıxışında vurğulanan əsas məqamlardan biri bundan ibarətdir ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Burada əsas hədəf iqtisadi artımın yeni mənbələrinin formalaşdırılması, innovasiya ekosisteminin inkişafı, xarici investisiyaların cəlb olunması və yerli startapların dəstəklənməsi kimi strateji vəzifələrin həyata keçirilməsidir. Müasir dünya iqtisadiyyatında rəqəmsal sektor ən sürətlə inkişaf edən sahələrdən biridir. Birləşmiş Millətlər Təşkilatının və Dünya Bankının hesabatlarına görə, rəqəmsal iqtisadiyyat artıq qlobal ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir və bu göstərici hər il artmaqda davam edir. Süni intellekt texnologiyalarının isə yaxın onillikdə dünya iqtisadiyyatına trilyonlarla dollar əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Azərbaycanın enerji resurslarına əsaslanan iqtisadi modeldən innovasiya və bilik iqtisadiyyatına keçid strategiyası da məhz bu qlobal tendensiyaların tərkib hissəsidir. Dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər rəqəmsal texnologiyaların geniş tətbiqini zəruri edir. Çünki gələcəyin iqtisadiyyatında əsas sərvət təbii ehtiyatlar deyil, insan kapitalı, innovasiya və yüksək texnologiyalar olacaqdır.
Müsahibimizi onu da bildirib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amili olması barədə fikri xüsusi diqqətə layiqdir. Həqiqətən də, süni intellekt bu gün iqtisadiyyatın bütün sahələrinə nüfuz edir. Səhiyyədən təhsilə, kənd təsərrüfatından sənayeyə, maliyyə sektorundan dövlət idarəçiliyinə qədər bütün istiqamətlərdə yeni texnologiyalar məhsuldarlığı artırır, xərcləri azaldır və qərar qəbuletmə prosesini daha effektiv edir. Eyni zamanda, süni intellektin milli təhlükəsizlik məsələlərində artan rolu yeni yanaşmalar tələb edir. Müasir müharibələrin və geosiyasi rəqabətin mühüm elementlərindən biri informasiya texnologiyaları və kiberməkandır. Bu gün dövlətlər yalnız sərhədlərini deyil, həm də rəqəmsal məkanlarını qorumağa məcburdurlar. Məhz buna görə də kibertəhlükəsizlik artıq milli təhlükəsizlik strategiyalarının əsas komponentlərindən birinə çevrilib. Azərbaycanın son illərdə kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlər, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və rəqəmsal təhlükəsizlik sistemlərinin gücləndirilməsi yeni çağırışlara adekvat cavab vermək niyyətinin göstəricisidir. Lakin süni intellektin inkişaf sürəti nəzərə alınarsa, bu istiqamətdə daha çevik və qabaqlayıcı siyasətin həyata keçirilməsi zəruridir. Mehriban xanım Əliyevanın çıxışında xüsusi vurğulanan digər mühüm məqam beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin tətbiqi ilə bağlıdır. Qloballaşan dünyada texnoloji inkişaf milli sərhədlərlə məhdudlaşmır. Buna görə də qabaqcıl dövlətlərin təcrübəsindən faydalanmaq mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Birinci vitse-prezidentin qeyd etdiyi kimi, bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun şəkildə qəbul edilməlidir. Bu, son dərəcə mühüm siyasi yanaşmadır. Çünki hər bir ölkənin rəqəmsal inkişaf modeli onun sosial, iqtisadi və milli təhlükəsizlik xüsusiyyətlərinə əsaslanmalıdır. Xarici təcrübənin kor-koranə tətbiqi deyil, onun milli maraqlara uyğunlaşdırılması dayanıqlı inkişafın əsas şərtlərindən biridir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də regionun rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevrilməkdir. Coğrafi mövqeyi, müasir infrastruktur layihələri, insan kapitalına yatırılan investisiyalar və siyasi sabitlik ölkəyə bu istiqamətdə ciddi üstünlüklər qazandırır. Zəngəzur dəhlizi, Orta Dəhliz və beynəlxalq nəqliyyat-logistika layihələrinin inkişafı fonunda rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Əslində, Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin gələcək inkişaf modelinə dair yeni siyasi baxışın təqdimatı kimi də dəyərləndirilə bilər. Burada əsas məqsəd yalnız texnologiyaların tətbiqi deyil, rəqəmsal dövlət, innovativ iqtisadiyyat və təhlükəsiz informasiya məkanının yaradılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçiriləcək bu yeni mərhələ Azərbaycanın müasir çağırışlara uyğun inkişafının, milli maraqlara əsaslanan texnoloji modernləşmə siyasətinin və regionun aparıcı rəqəmsal güclərindən birinə çevrilmək strategiyasının mühüm tərkib hissəsi olacaqdır. Bu isə ölkəmizin gələcək onilliklərdə də davamlı inkişafını təmin edəcək əsas amillərdən biri kimi tarixə düşəcək-deyə Manaf Manafov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2026