Mobil versiya
Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşəcək
Tarix: 01-07-2026 | Saat: 11:27
Bölmə:İdman | çapa göndər

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşəcək

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin daha üç qarşılaşması keçiriləcək.

aia.az xəbər verir ki, günün ilk oyununda İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 2-nə keçən gecə isə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq. Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.

Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026