Türk coğrafiyasında intellektual əməkdaşlıq mühiti inkişaf edir - DEPUTAT
Tarix: 01-07-2026 | Saat: 14:27
Bölmə:Siyasət | çapa göndər

Yeni çağırışlar və qlobal miqyasda baş verən proseslər fonunda Türk dünyasının inteqrasiyası artıq zamanın əsas reallıqlarından birinə çevrilib. Siyasi və iqtisadi sahələrdə müşahidə olunan yaxınlaşma tədricən humanitar və mədəni istiqamətlərdə də öz təsirini genişləndirir. Bu baxımdan, Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin təşkili türk coğrafiyasında əməkdaşlığın yalnız rəsmi müstəvidə deyil, həm də ortaq dəyərlər və intellektual mühit üzərindən inkişaf etdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
O qeyd edib ki, bu hadisə ortaq dil, tarix və kimlik üzərində formalaşan birlik ideyasının real məzmun aldığını təsdiqləyir, eyni zamanda, Azərbaycanın bu proseslərdə fəal və istiqamətverici mövqeyini ön plana çıxarır. Yüz il əvvəl də Bakı eyni missiyanı yerinə yetirərək Birinci Türkoloji Qurultaya ev sahibliyi edib, Türk dünyasının elmi düşüncə tarixində mühüm mərhələnin formalaşmasına şərait yaradıb. Bu gün də paytaxt həmin tarixi funksiyanı davam etdirərək türk xalqlarını yenidən bir mərkəzdə birləşdirir.
“Azərbaycanda Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər və “Türk Dünyası Həftəsi”nin təşkili sadəcə tarixi hadisənin xatırlanması deyil, həm də geniş elmi və diplomatik kontekstdə dəyərləndirilməlidir. Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, XIX əsrdən etibarən ölkədə baş verən ictimai-siyasi və mədəni yenilənmə prosesi milli özünüdərkin formalaşmasına mühüm zəmin yaradıb, teatr, təhsil sistemi və milli mətbuatın inkişafı ilə yeni intellektual mühit formalaşıb. Eyni dövrdə müsəlman və Türk dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycanın regionda fərqli siyasi və ictimai model formalaşdırdığını göstərir. Bakı isə həmin dövrdən etibarən ziyalı mühiti və elmi-intellektual potensialı ilə türkologiya elminin aparıcı mərkəzlərindən biri kimi tanınıb. Bu baxımdan, Qurultayın 100 illiyinin Bakıda qeyd olunması tarixi ardıcıllığın davamı kimi qiymətləndirilə bilər”,- deyə deputat diqqətə çatdırıb.
O qeyd edib ki, tədbir çərçivəsində iştirakçılar Azərbaycanın zəngin tarixi irsi, memarlıq abidələri, ədəbiyyat və incəsənət nümunələri, eləcə də ölkənin müasir inkişaf dinamikası ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə yalnız tanışlıq xarakteri daşımır, eyni zamanda, Azərbaycanın Türk dünyası daxilində daha dərindən anlaşılmasına və müxtəlif ölkələr arasında qarşılıqlı baxışların zənginləşməsinə xidmət edir. “Türk Dünyası Həftəsi” həm də ortaq tarixi yaddaşın, mədəni-mənəvi dəyərlərin və ümumtürk irsinin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından geniş imkanlar yaradır. Bu kimi tədbirlər təkcə Azərbaycanın deyil, ümumilikdə türk xalqlarının ortaq keçmişinin daha dərindən öyrənilməsinə, onun beynəlxalq müstəvidə tanıdılmasına və elmi dövriyyəyə çıxarılmasına xidmət edir. Eyni zamanda, bu təşəbbüslər Türk dünyasının zəngin irsinin qlobal səviyyədə təqdim olunmasına və mədəni inteqrasiyanın güclənməsinə şərait yaradır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2026
16:33 Şöbə rəisi istefa verdi