Mobil versiya
Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
Tarix: 06-07-2026 | Saat: 08:54
Bölmə:İqtisadiyyat | çapa göndər

Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib

2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

aia.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artıb.

İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026