Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yoluna malikdir - Asif Əsgərov
Tarix: 20-07-2026 | Saat: 16:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

151 il əvvəl – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanan yol bu gün müasir Azərbaycan mediasının formalaşmasına, informasiya təhlükəsizliyinin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyinin güclənməsinə qədər uzanan böyük bir inkişaf tarixidir.
Milli mətbuatın yaranması dövrün ictimai tələbatından irəli gəlirdi. XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik hərəkatının genişlənməsi, milli düşüncənin formalaşması və ana dilinin inkişaf etdirilməsi zərurəti milli mətbuatın meydana çıxmasını şərtləndirdi. Həsən bəy Zərdabi bu tarixi missiyanı öz üzərinə götürərək “Əkinçi” qəzetini təsis etdi. O, mətbuatı cəmiyyətin inkişafının, xalqın maariflənməsinin və milli özünüdərkin ən təsirli vasitələrindən biri hesab edirdi.
“Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərsə də, milli jurnalistikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Maarifçilik missiyası sonrakı illərdə fəaliyyət göstərən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər tərəfindən uğurla davam etdirildi. Bu mətbuat orqanları xalqın milli oyanışına, azadlıq ideyalarının yayılmasına, ictimai-siyasi fikrin inkişafına və milli-mədəni dəyərlərin qorunmasına mühüm töhfələr verdilər.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar mətbuatın sərbəst fəaliyyətini təmin edən hüquqi və institusional əsasları formalaşdırdı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bunun nəticəsində media daha müstəqil fəaliyyət göstərmək, cəmiyyətin obyektiv məlumatlandırılmasını təmin etmək imkanı qazandı. Prezident İlham Əliyev tərəfindən media siyasətinin ardıcıl şəkildə davam etdirilməsi milli jurnalistikanın inkişafına yeni məzmun qazandırdı.
Rəqəmsal transformasiya medianın fəaliyyət prinsiplərini də dəyişdirib. İnternet media, sosial şəbəkələr, mobil platformalar və süni intellekt informasiyanın hazırlanması və yayılması prosesini tamamilə yeni mərhələyə çıxarıb. Bununla yanaşı, dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının artması peşəkar jurnalistikanın rolunu daha da yüksəldib. Müasir jurnalist yalnız operativ xəbər hazırlayan şəxs deyil, eyni zamanda məlumatın doğruluğunu yoxlayan, ictimai etimadı qoruyan və milli maraqları müdafiə edən məsuliyyətli peşə sahibidir.
Azərbaycan mediası bu məsuliyyəti xüsusilə Vətən müharibəsi dövründə yüksək səviyyədə nümayiş etdirdi. İnformasiya cəbhəsində aparılan peşəkar fəaliyyət nəticəsində ölkəmizin haqlı mövqeyi beynəlxalq auditoriyaya çatdırıldı, düşmənin yalan təbliğatı faktlarla ifşa olundu. Müharibədən sonrakı dövrdə isə media Böyük Qayıdış Proqramının həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və regionda formalaşan yeni geosiyasi reallıqlar haqqında cəmiyyətin dolğun məlumatlandırılmasında mühüm rol oynayır.
Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş islahatlar müasir Azərbaycan mediasının inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.
Son illərdə Şuşanın beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilməsi də təsadüfi deyil. Burada keçirilən Qlobal Media Forumları müxtəlif ölkələrdən jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirərək informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt və rəqəmsal kommunikasiya kimi aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Bu təşəbbüs Azərbaycanın qlobal media əməkdaşlığına verdiyi önəmin və ölkəmizin beynəlxalq informasiya məkanında artan nüfuzunun göstəricisidir.
Müasir mərhələdə Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri milli informasiya resurslarının rəqabət qabiliyyətini artırmaq, gənc jurnalistlərin peşə hazırlığını gücləndirmək, yeni texnologiyaların tətbiqini genişləndirmək və cəmiyyətdə media savadlılığını yüksəltməkdir. Qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər çevik, innovativ və yüksək peşəkar medianın formalaşdırılmasını zəruri edir.
Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolu ərzində bütün tarixi sınaqlardan uğurla çıxaraq xalqın etimadını qazanıb. Bu gün media təkcə xəbər mənbəyi deyil, həm də milli maraqların qorunmasına, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə, demokratik dəyərlərin inkişafına və dövlətçilik ideyalarının təbliğinə xidmət edən mühüm ictimai institutdur. Milli mətbuatın yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis olunması və media nümayəndələrinin yüksək dövlət mükafatlarına layiq görülməsi media siyasətinin mühüm göstəricilərindəndir.
“Əkinçi”nin maarifçilik ideyalarından başlayan yol bu gün müasir rəqəmsal media platformalarında davam edir. Tarix dəyişsə də, texnologiyalar yenilənsə də, milli mətbuatın əsas missiyası dəyişməz olaraq qalır: cəmiyyətə düzgün, obyektiv və operativ informasiya çatdırmaq, milli maraqları qorumaq, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmaq. Bu zəngin irsə söykənən Azərbaycan mediası gələcəkdə də ölkəmizin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.
Asif Əsgərov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026