Mobil versiya
Vaşinqton Kanadanın nəfəsini kəsir - Tramp divar çəkdi
Tarix: 26-07-2026 | Saat: 10:00
Bölmə:Dünya | çapa göndər

Vaşinqton Kanadanın nəfəsini kəsir - Tramp divar çəkdi

ABŞ prezidenti Donald Tramp bu dəfə süni intellektlə hazırlanmış görüntü paylaşaraq ABŞ-Kanada sərhədi boyunca uzanan nəhəng divarı nümayiş etdirib.

aia.az xəbər verir ki, paylaşım ABŞ ilə Kanada arasında son dövrdə kəskinləşən siyasi və iqtisadi qarşıdurma fonunda edilib.

Tramp uzun müddətdir Kanadanı ABŞ məhsullarına qarşı ədalətsiz ticarət siyasəti yürütməkdə ittiham edir. Vaşinqtonun Ottavaya qarşı tətbiq etdiyi yüksək gömrük rüsumları, qarşılıqlı ticarət məhdudiyyətləri və Trampın Kanadanın ABŞ-nin "51-ci ştatı" olması ilə bağlı açıqlamaları iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

Məhz bu fonda Tramp ABŞ-Kanada sərhədi boyunca nəhəng divarın təsvir olunduğu süni intellektlə hazırlanmış görüntünü paylaşaraq növbəti dəfə siyasi mesaj verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə