Mobil versiya
Tacikistanda hicab və saqqal qadağan edildi
Tarix: 28-07-2026 | Saat: 11:34
Bölmə:Dünya | çapa göndər

Tacikistanda hicab və saqqal qadağan edildi

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub.

aia.az xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən “Nuz.uz” portalı yayıb.

Bildirilib ki, bu cür geyim növləri və xarici görünüş atributları ölkənin milli ənənələrinə uyğun gəlmir və ölkəyə “tacik mədəniyyətinə yad” kimi şərh olunan geyimlərin idxalına qadağa qoyulmasına xüsusi diqqət yetiriləcək.

Məlumata görə, sözügedən tədbirlər dini radikalizm və ekstremizmlə mübarizəyə yönəlib. Yerli hakimiyyət orqanlarının nümayəndələri isə əhali arasında məsələ ilə bağlı məlumatlandırma işləri aparır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2026