Zelenskinin Baş komandanla bağlı qərarının səbəbləri müzakirə olunur
Tarix: 28-07-2026 | Saat: 19:37
Bölmə:Özəl | çapa göndər

RBC-Ukrayna nəşri anonim mənbələrə istinadən yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ilə bağlı qərarı daxili ictimai rəy amili ilə əlaqələndirilir.
Nəşrin məlumatına görə, prezidentə yaxın olduğu bildirilən mənbələr hesab edirlər ki, bu addım Zelenskinin cəmiyyətin mövqeyini nəzərə aldığını nümayiş etdirmək məqsədi daşıyıb. Mənbələr bu qərarı ötən il korrupsiyaya qarşı mübarizə qurumları – NABU və SAP ətrafında baş vermiş hadisələr zamanı yaranmış ictimai müzakirələrlə müqayisə edirlər.
Anonim mənbələrin iddiasına görə, Ukrayna prezidentinin ünvanına səsləndirilən əsas tənqidlərdən biri ictimai rəylə kifayət qədər hesablaşmaması olub. Nəşr yazır ki, yeni qərarın bu tənqidlərə cavab xarakteri daşıdığı düşünülür.
Məlumatda həmçinin qeyd edilir ki, yeni baş komandanın təyinatı ilə bağlı hərbi dairələrlə məsləhətləşmələr aparılıb. Bununla belə, qərarın motivləri barədə Ukrayna Prezident Administrasiyası tərəfindən rəsmi izahat verilməyib.
Qeyd edək ki, RBC-Ukraynanın dərc etdiyi məlumat anonim mənbələrə əsaslanır və bu iddialar Ukrayna hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-07-2026
17:41 Rəqsanə tanınmaz halda