Mobil versiya
Durov terrorçuluğa yardım ittihamı ilə axtarışa verildi
Tarix: 29-07-2026 | Saat: 10:18
Bölmə:Manşet / Dünya | çapa göndər

Durov terrorçuluğa yardım ittihamı ilə axtarışa verildi

Rusiyada "Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı terrorçuluq fəaliyyətinə yardım etmə maddəsi ilə ittiham irəli sürülüb.

aia.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Pavel Durovun beynəlxalq axtarışa verilməsi proseduruna başlanılıb.

FSB iddia edir ki, "Telegram" administrasiyası Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən fəal istifadə olunduğu bildirilən çoxsaylı kanal, çat və botları silməyib.

Rusiya hüquq-mühafizə orqanları məsələ ilə bağlı istintaq tədbirlərini davam etdirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2026