Mobil versiya
İsrail təhlükəsizlik orqanları mümkün sui-qəsd riskləri ilə bağlı xəbərdarlıq edib
Tarix: 29-07-2026 | Saat: 19:30
Bölmə:Özəl | çapa göndər

İsrail təhlükəsizlik orqanları mümkün sui-qəsd riskləri ilə bağlı xəbərdarlıq edib



İsrailin Ynet nəşrinin məlumatına görə, ölkənin təhlükəsizlik və kəşfiyyat qurumları yüksək vəzifəli dövlət rəsmilərinə qarşı mümkün təhlükələrlə bağlı xəbərdarlıq edib. Nəşr yazır ki, xəbərdarlıqlar İran tərəfindən mümkün cavab tədbirləri ilə əlaqədar təhlükəsizlik qiymətləndirmələrinə əsaslanır.
Məlumata görə, son günlərdə hazırkı və keçmiş nazirlər, eləcə də digər yüksək vəzifəli şəxslər təhlükəsizlik orqanlarından əlavə ehtiyat tədbirləri görmələri barədə rəsmi bildiriş alıblar. Bildirilir ki, Şin Bet xidməti onların mühafizəsini gücləndirib və gündəlik marşrutların dəyişdirilməsi də daxil olmaqla əlavə təhlükəsizlik tədbirləri həyata keçirib.
Ynet həmçinin qeyd edir ki, bu təhlükəsizlik tədbirləri fonunda iyulun 27-də Baş nazir Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı istifadə edilən təyyarənin uçuş məntəqəsi dəyişdirilib. Nəşrin yazdığına görə, təyyarə bu dəfə Ben Qurion hava limanından deyil, Nevatim Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
Məlumatda bildirilir ki, səfərin marşrutu, vaxtı və digər detalları əvvəlcədən açıqlanmayıb, hökumət əməkdaşlarına isə təhlükəsizlik məqsədilə məlumatların məxfi saxlanılması tapşırılıb.
Qeyd edək ki, Ynet nəşrində yer alan məlumatlar İsrail təhlükəsizlik qurumlarının qiymətləndirmələrinə əsaslanır. İran tərəfi iddia edilən planlarla bağlı rəsmi açıqlama verməyib və məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2026