İran Çindən yüzlərlə daşınan hava hücumundan müdafiə sistemi almağa hazırlaşır
Tarix: 29-07-2026 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

ABŞ və İsraillə davam edən gərginlik fonunda İranın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Çindən yüzlərlə daşınan zenit-raket kompleksi (DZRKK) almağa hazırlaşdığı bildirilir. Bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, dəyəri 60–70 milyon dollar arasında qiymətləndirilən müqavilə çərçivəsində İrana 300-400 ədəd Çin istehsalı QW-12 və FN-16 tipli daşınan hava hücumundan müdafiə sistemlərinin çatdırılması planlaşdırılır. Bildirilir ki, bu, Tehranın son aylarda yaxın mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən iri addımlardan biri hesab olunur.
Reuters yazır ki, müharibə zamanı İranın bəzi hərbi obyektləri və strateji infrastrukturunun hava hücumlarına qarşı həssaslığının üzə çıxması Tehranın bu sahəyə yatırımlarını artırmasına səbəb olub. Mənbələrin iddiasına görə, müqavilə İran tərəfi ilə Çin tədarükçüsü arasında Honkonqda qeydiyyatdan keçmiş Zhongqing Baoshang International Investment şirkətinin vasitəçiliyi ilə bağlanıb.
Məlumata əsasən, komplekslərin əvvəlcə Çinin Urumçi şəhərindən hava yolu ilə daşınması, daha sonra isə Pakistan üzərindən İrana çatdırılması nəzərdə tutulur. Lakin Pakistan Silahlı Qüvvələri bu iddianı rədd edərək, ölkəsinin belə bir daşınmada iştirak etmədiyini və yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.
Qeyd edək ki, Reuters tərəfindən yayılan məlumat İran və Çin rəsmiləri tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib. Pakistan isə tranzitlə bağlı iddiaları qəti şəkildə təkzib edib və xəbərdə yer alan bəzi detallar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər