Mobil versiya
Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
Tarix: 05-08-2026 | Saat: 09:42
Bölmə:Dünya | çapa göndər

Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi


Beş Azərbaycan vətəndaşı Rusiyanın Udmurtiya Respublikasından deportasiya edilib.
aia.az xəbər verir ki, bu barədə Udmurtiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin mətbuat xidməti məlumat yayıb.

İddia edilir ki, azərbaycanlılar ölkəyə miqrasiya kartları ilə gəlsələr də, sonradan meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. Lakin onlar bunun üçün icazə sənədləri almayıblar.

Məhkəmə "inzibati xəta törətdiklərinə" görə azərbaycanlılar barəsində cərimə və Rusiya hüdudlarından kənara çıxarılma şəklində cəza təyin edib.

Onlar Perm hava limanından Azərbaycana qayıdıblar.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026