9 milyon rüşvət almış 17 ilin toxunulmaz generalı necə çökdü?
Tarix: 05-08-2026 | Saat: 16:33
Bölmə:Ölkə / Karusel | çapa göndər

Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar. Onların bəziləri uzun illər toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasına rəhbərlik edib, kimisi ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.
Musavat.com-un "Hakimiyyətin zirvəsindən həbsxanaya" silsiləsində bu dəfə 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədovun dosyesinə nəzər salaq.
Bir vaxtlar Naxçıvanda adı çəkiləndə polis rəislərindən tutmuş sıravi məmurlara qədər hamının ehtiyat etdiyi şəxslərdən biri idi. 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri postunu tutan Əhməd Əhmədov uzun illər muxtar respublikanın ən güclü fiqurlarından biri hesab olunurdu. Lakin illərlə toxunulmaz görünən bu sistem 2020-ci ildən sonra dağıldı. Əhməd Əhmədov əvvəlcə həbs olundu, daha sonra xüsusilə ağır korrupsiya cinayətlərinə görə 11 il azadlıqdan məhrum edildi. Məhkəmə materiallarında onun milyonlarla manat rüşvət alması, dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi öz əksini tapdı.
Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1997-ci ildə Naxçıvan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub. 2000-ci ildə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsinə yüksəlib. Elə həmin ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib və düz 17 il bu vəzifədə qalıb. 2004-cü ildə general-mayor, 2015-ci ildə isə polis general-leytenantı ali xüsusi rütbəsini almışdı. 2000-2017-ci illərdə Naxçıvan faktiki olaraq sərt idarəetmə modeli ilə seçilirdi. Bu dövrdə Əhməd Əhmədov yalnız daxili işlər naziri deyildi. O, hüquq-mühafizə sisteminə tam nəzarət edən əsas fiqur idi, muxtar respublikada demək olar ki, bütün ictimai-siyasi proseslərə təsir imkanına malik idi.
Mətbuatda dəfələrlə onun sərt idarəçilik üsulu, yüksək nüfuzu və böyük iqtisadi imkanları barədə məlumatlar yayılmışdı. Bununla belə, həmin dövrdə bu iddiaların böyük hissəsi rəsmi şəkildə nə təsdiq, nə də təkzib olunurdu.
Əhməd Əhmədov 2017-ci ilin yayında gözlənilmədən vəzifəsindən azad edildi. Həmin dövrdə müxtəlif versiyalar irəli sürülürdü. Ən çox müzakirə olunan iddialardan biri Şahtaxtı gömrüyündə aşkarlanmış 93 kiloqram heroin yükü ilə bağlı idi. Digər versiyalara görə isə Naxçıvan rəhbərliyi daxilində ciddi qarşıdurmalar yaranmışdı. Əhməd Əhmədov vəzifədən uzaqlaşdırıldıqdan sonra bir müddət Naxçıvanı tərk etməsinə qeyri-rəsmi məhdudiyyət qoyulduğu bildirilirdi.
2021-ci ilin martında isə Bakıda saxlanılaraq Naxçıvana aparıldı, istintaqa təhvil verildi. Onun barəsində uzun müddət aparılan araşdırmalardan sonra ağır korrupsiya ittihamları irəli sürüldü.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 179.4 - xüsusilə külli miqdarda mənimsəmə; 308.2 - vəzifə səlahiyyətlərindən sui-istifadə; 308-1.2 - dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi; 311.3.2 və 311.3.3 - külli və xüsusilə külli miqdarda rüşvət alma; 341.2.3 - vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürüldü.
Əhməd Əhmədovun məhkəməsində səslənən faktlardan aydın oldu ki, o, vətəndaşlardan ümumilikdə 9 milyon 73 min 550 manat rüşvət alıb. Rəhbərlik etdiyi nazirliyə isə 5 milyon 129 min 105 manat maddi ziyan vurub. Həbsindən sonra onun 9 milyon manatdan artıq vəsaiti dövlət nəfinə müsadirə olunub, dövlətə vurulmuş ziyanın ondan tutulması qərara alınıb.
Məhkəmənin hökmü ilə Əhməd Əhmədov polis general-leytenantı, daxili xidmət general-mayoru və general-leytenant hərbi rütbələrindən, eləcə də "Azərbaycan Bayrağı" ordenindən məhrum edilməsi üçün təqdimat verilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edildi. Cəzasının başlanğıcı 25 fevral 2021-ci ildən hesablandı. Bundan sonra ortaya maraqlı bir detal çıxıb.
Naxçıvanda "57 bazarı" kimi tanınan ərazidə yerləşən bir neçə obyektin Əhməd Əhmədova qaytarıldığı məlum olub. Bunun səsəbi kimi həmin daşınmaz əmlakın məhkəmə hökmü ilə müsadirə edilməməsi göstərilir. Buna görə də istintaq dövründə üzərinə qoyulmuş məhdudiyyət sonradan götürülərək Əhməd Əhmədova qaytarılıb. Bundan az sonra Əhməd Əhmədov azadlığa buraxılıb.
Əhməd Əhmədov həmin dövrdə məsuliyyətə cəlb edilən yeganə yüksək vəzifəli şəxs olmayıb. Son illərdə Naxçıvanın keçmiş rəhbərliyində təmsil olunmuş müxtəlif dövlət qurumlarının rəhbərləri, o cümlədən maliyyə, təhsil, səhiyyə və digər sahələr üzrə vəzifəli şəxslər haqqında da cinayət işləri başlanıb, həbslə gerçəkləşib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-08-2026