Mobil versiya
Azərbaycanda 8 gün iş olmayacaq - HƏMİN TARİXLƏR
Tarix: 09-08-2026 | Saat: 13:13
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 8 gün iş olmayacaq - HƏMİN TARİXLƏR


2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanları bayramla əlaqədar əlavə istirahət günü gözləmir. Belə ki, sentyabr ayında ölkədə hər hansı rəsmi bayram günü yoxdur və bu səbəbdən bayramla bağlı qeyri-iş günü nəzərdə tutulmayıb.

aia.az xəbər verir ki, ay ərzində 6, 13, 20 və 27 sentyabr tarixləri bazar günlərinə düşür. Bu tarixlər beşgünlük iş həftəsi ilə çalışanlar üçün həftəsonu istirahət günləridir.

Altıgünlük iş həftəsi ilə işləyənlər üçün isə sentyabr ayında ümumilikdə 8 qeyri-iş günü olacaq. Onların 4-ü bazar günləri, digər 4 gün isə iş qrafikinə uyğun istirahət günləridir.

Beləliklə, 2026-cı ilin sentyabr ayında əlavə bayram tətili olmayacaq. Ay ərzində istirahət günlərinin sayı iş həftəsinin formasından asılı olaraq müəyyənləşəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2026