Abşeronda iməclik keçirilib -Fotolar
Tarix: 17-08-2026 | Saat: 12:15
Bölmə:Gündəm | çapa göndər

Abşeron RİH strukturuna daxil olan əməkdaşların iştirakı ilə baş tutan iməclik zamanı əvvəlcə ərazilərə ümumi baxış keçirilib, estetik və memarlıq görünüşə xələl gətirən hallar aydınlaşdırılıb. Belə ki, Xırdalan şəhərində məişət tullantılarının yığılması və konteynlərin qoyulması üçün yeni məntəqələr inşa edilib. Bütün şəhər üzrə tullantı məntəqələrinin ərazilərinin asfaltlanması həyata keçirilib. Köhnə məntəqələr təmir edilib. O cümlədən tullantı konteynləri və məntəqələri yuyulub, ətrafı təmizlənib, istismar müddətini başa vurmuş konteynlər yeniləri ilə əvəzlənib, eytiyac duyulan məntəqələrdə konteynlərin sayı artırılıb.
İməclik zamanı bir çox ünvanda ağaclarda budama işləri görülüb və insanların rahat hərəkətinə mane olan ağac kolları budanıb, quru otlar biçilib və yaşıllıqların qorunması istiqamətində müvafiq dərmanlanma işləri aparılıb. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında da genişmiqyaslı iməclik işləri görülüb. Belə ki, park ərazisində əvvəlcə təmizlənmə və rənglənmə işləri həyata keçirilib. Daha sonra parkda olan uşaq və idman meydançaları təmir edilib, qurğular rənglənərək sakinlərin ixtiyarına buraxılıb.
Şəhər ərazisində olan işıq dirəkləri yuyulub, rənglənib və müvafiq təmir-bərpa işləri aparılaraq gecə işıqlanması təmin edilib. Şəhərin yollarında cari təmir işləri aparılıb.
Dekoratik divarlar təmir edilib, qopmuş və zədələnmuiş hasar daşları yeniləri ilə əvəzlənib, ümumi memarlıq ahənginə uyğun formada rənglənib. Şəhərin küçələri xüsusi texnilalarla yuyulub.
Park ərazisində və yol kənarlarında yay mövsümünə uyğun olan gül kolları əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, rayonun “Şəfəq” qəsəbəsi ərazisindəki parkda uşaqlar üçün yeni əyləncə kompleksi və idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilib.
Məlumat üçün bildirək ki, rayon ərazisində abadlıq, təmir və təmizlik işləri, mövsüm zamanı yeni yaşıllıqların salıması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər