Mobil versiya
Zelenskinin Bakı və İrəvan planı Moskvanı hərəkətə gətirdi – Zaxarova danışdı
Tarix: 21-08-2026 | Saat: 09:30
Bölmə:Dünya | çapa göndər

Zelenskinin Bakı və İrəvan planı Moskvanı hərəkətə gətirdi – Zaxarova danışdı


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı və İrəvanın Kiyevlə münasibətlərinin fəallaşması mövzusuna münasibət bildirib.

aia.az xəbər verir ki, Zaxarova brifinq zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarına toxunub.

Zelenski bir neçə gün əvvəl Bakı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini bildirmiş, eyni zamanda İrəvanla uzun müddətdən sonra ilk dəfə təmasların bərpa olunduğunu qeyd etmişdi.

Zaxarova bildirib ki, bu fonda Rusiyada və Rusiya vətəndaşları arasında suallar yaranır. Onun sözlərinə görə, Ukrayna tərəfindən hücumlara məruz qalan Rusiya vətəndaşları Moskvanın müttəfiq, tərəfdaş və dost hesab etdiyi ölkələrin mövqeyinə dair suallar verirlər.

“Bizim vətəndaşlarımız, sözün əsl mənasında, Kiyev rejiminin terror hücumlarının hədəfinə çevrilirlər və sual verirlər: bəs həmin ölkələr, onların rəsmi nümayəndələri, dövlət qulluqçuları və siyasi xadimləri bütün bunları görmürlər? Söhbət, bir daha təkrar edirəm, müttəfiq, tərəfdaş və dost olan ölkələrdən gedir”, – deyə Zaxarova bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2026