Mobil versiya
Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı
Tarix: 21-08-2026 | Saat: 11:38
Bölmə:Ölkə | çapa göndər

Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı


Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkar saxlanılıb.

“ Aktual.ge xəbər verir ki, “Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Gürcüstan DİN-dən bildirilib ki, N.Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla tutulub.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir. Sözügedən maddə qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyət nəzərdə tutur. Maddənin müvafiq bəndlərinə əsasən, əmələ görə cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qeyd edilib ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) daha əvvəl yaydığı açıqlamaya görə, “Mamed Gas” MMC-nin təbii qazın paylanması üzrə lisenziyası 1 avqust 2026-cı il tarixindən ləğv edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2026