Qalmaqallı səs yazısı ilə bağlı Binəqədi RİH-dən mövqe
Tarix: 21-08-2026 | Saat: 14:26
Bölmə:Manşet / Özəl | çapa göndər

Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev arasında baş tutan telefon danışığının audioyazısı sosial şəbəkələrdə geniş müzakirələrə və qızğın mübahisələrə yol açıb. Tərəflər arasında gedən sərt və gərgin dialoqda iddialar, ittihamlar və sərt cavablar bir-birini əvəz edib: Baş redaktor icra başçısına mənzil istismar sahəsinin (MİS) rəisinin təyinatı ilə bağlı səslənən 200 min manatlıq rüşvət iddialarını və səhvləri ünvanlayıb. Elxan Allahverdiyev həmin şəxsi tanımadığını, heç bir məlumatın yayılmadığını və bağlı məsələ ilə bağlı açıq şəkildə müzakirə aparmağa hazır olduğunu bildirib.
Bu barədə aia.az Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov saytımıza bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Hazırda bir şəhidimizin dəfnindən gəlirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Eşitdiyim və bildiyim qədərilə, yayılan məlumat doğru deyil. Belə bir məlumat eşitməmişəm”.
Aysel Elnur
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-08-2026