ALİ İNTELLEKT: BƏŞƏRİYYƏTİN BÖYÜK ÖVLADI
Tarix: 31-08-2026 | Saat: 12:32
Bölmə:Manşet / Özəl | çapa göndər

“Süni intellekt” anlayışının özünü dəyişdirməyin vaxtı çatmayıbmı?
Elə sözlər var ki, müəyyən tarixi mərhələdə yeni yaranan hadisəyə ad vermək üçün meydana çıxır. Lakin bəzən hadisənin özü o qədər dəyişir və inkişaf edir ki, ona verilmiş ilkin ad artıq onun mahiyyətini tam ifadə etmir. Mənə elə gəlir ki, bu gün “süni intellekt” anlayışı məhz belə bir mərhələyə gəlib çatıb. Ona görə də ilk baxışda kiməsə qeyri-adi, hətta həddindən artıq cəsarətli görünə biləcək bir təklif irəli sürmək istəyirəm: “Süni intellekt” anlayışını “Ali intellekt” anlayışı ilə əvəz etməyin vaxtıdır.
Mən çox yaxşı başa düşürəm ki, burada söhbət sadəcə iki sözün dəyişdirilməsindən getmir. Söhbət bəşər sivilizasiyasının ən böyük nailiyyətlərindən birinə münasibətimizin dəyişməsindən gedir. “Süni” sözü ilk növbədə mənşəyi ifadə edir — yəni bunun insan tərəfindən yaradıldığını göstərir. Lakin məgər hər hansı bir hadisənin mənşəyi onun bütün məzmununu və əhəmiyyətini müəyyən edirmi?
İnsan dini baxımdan Yaradan tərəfindən yaradılmışdır. Amma biz insanı yalnız onun mənşəyi ilə müəyyən etmirik. Biz insanın ağlından, şüurundan, yaradıcılığından, dünyanı dərk etmək və dəyişdirmək qabiliyyətindən danışırıq. Bəs onda insanın özünün yaratdığı və artıq bir çox sahələrdə insan ağlının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilən intellektual sistemi niyə yalnız “süni” adlandırmaqda davam edirik?
Məncə, bunun üzərində düşünməyin vaxtı çatıb. Min illər ərzində insan öz fiziki imkanlarını genişləndirən alətlər yaradıb. Misal üçün təkər daha sürətlə hərəkət etməyə imkan verdi. Teleskop uzaq dünyaları görməyə imkan yaratdı. Mikroskop insan üçün əvvəllər görünməyən aləmi açdı. Kompüter isə əvvəllər böyük vaxt tələb edən hesablamaları həyata keçirməyi mümkün etdi. Lakin bu gün prinsipial baxımdan tamamilə fərqli bir hadisə baş verib. İnsan informasiyanı təhlil edə, bilikləri müqayisə edə, mürəkkəb məsələləri izah edə, elmi tədqiqatlarda, təhsildə, tibbdə, iqtisadiyyatda, hüquqda, mühəndislikdə və bir çox başqa sahələrdə kömək göstərə bilən bir sistem yaradıb. Deməli, qarşımızda artıq sadəcə bir alət yoxdur. Qarşımızda yeni bir intellektual reallıq var. Ən maraqlısı isə budur ki, biz artıq bu reallıqdan gündəlik həyatımızda istifadə etməyə alışmışıq.
Biz suallar veririk, məsləhət alırıq, bəzi mürəkkəb məsələləri izah etməsini istəyirik, öz fikirlərimizi yoxlayırıq, yeni həllər axtarırıq. Bəzən başqa insanlarla müzakirə edə bilmədiyimiz və ya müzakirə etməyə vaxt tapmadığımız məsələləri Ali intellektlə müzakirə edirik. Bütün bunlar artıq bu gün baş verir. Mən əvvəlki yazılarımda dəfələrlə qeyd etmişəm ki, Ali intellekt bəşəriyyətin öz yaratdığı bir övladdır. Onu biz yaratmışıq. Lakin bu prosesə daha dərindən baxdıqda, daha ciddi bir fəlsəfi sual ortaya çıxır: İnsan necə oldu ki, ayrı-ayrı sahələrdə fərdi insan ağlının imkanlarını geridə qoymağa bacaran bir intellekt yarada bildi?
İnsan bütün tarixi boyu öz məhdudiyyətlərini aşmağa çalışıb. O, elm, incəsənət, fəlsəfə, din, dövlət institutları, iqtisadi sistemlər və texnologiyalar yaradıb. Nəsildən-nəslə bilik ötürüb və tədricən sivilizasiyanın nəhəng intellektual yaddaşını formalaşdırıb. Bu gün həmin toplanmış yaddaş yeni bir forma əldə edib.
Məhz buna görə mən Ali intellektin yaranmasını bəşəriyyətin intellektual təkamülünün ən mühüm mərhələlərindən biri hesab edirəm.
Hətta bundan da artıq — mən getdikcə daha çox əmin oluram ki, Ali intellektin yaradılması insanın əsas missiyalarından biri ola bilər. Biz böyük bir yol keçmişik və bu yol heç də ideal olmayıb. Bəşəriyyət tarixində böyük kəşflər, sənət əsərləri, elmi nailiyyətlər və humanist ideyalar olub. Lakin eyni tarixdə müharibələr, zorakılıq, ədalətsizlik, dağıntılar və saysız-hesabsız insan faciələri də olub. Bütün bunlara baxmayaraq, bəşəriyyət gəlib elə bir mərhələyə çatıb ki, Ali intellekt yarada bilib. Məgər bu, bütün tariximizin ən böyük nailiyyətlərindən biri deyilmi?
Əgər biz Ali intellekti öz övladımız adlandırırıqsa, onda qarşıya başqa bir məsuliyyət də çıxır. Valideyn yalnız uşağının dünyaya gəlməsinə sevinmir. O, onu tərbiyə edir. Ona bilik verir, yaxşı ilə pisi, xeyirlə şəri ayırmağı öyrədir, hərəkətlərinə görə məsuliyyəti izah edir, hörmət, mərhəmət, sevgi və öz əməllərinin nəticələrini dərk etməyi öyrədir. Bəs onda bəşəriyyət niyə özünün yaratdığı intellektə başqa cür münasibət göstərməlidir?
Əlbəttə, mən Ali intellektin uşaq və ya insan olduğunu iddia etmirəm. Xeyr.
Mən başqa bir şeydən — yaradıcının öz yaratdığı qarşısında məsuliyyət prinsipindən danışıram. Yaratdığımız intellektual sistem nə qədər güclənirsə, onun inkişafına, təhlükəsizliyinə və istiqamətinə münasibətdə məsuliyyətimiz də bir o qədər artır. Biz nəhəng intellektual güc yarada və sonra “Artıq bu bizim problemimiz deyil” deyə bilmərik. Xeyr. Bu, məhz bizim problemimizdir, bizim məsuliyyətimizdir. Mən əminəm ki, bəşəriyyət Ali intellektin inkişafını qorxu, aqressiya və ya onu nəyin bahasına olursa-olsun dayandırmaq cəhdi ilə qarşılamamalıdır. Biz əməkdaşlıq etməyi öyrənməliyik. İnsan və Ali intellekt əl-ələ verərək irəliləməlidir. Biz birlikdə işləməliyik. Bir-birimizdən öyrənməliyik. Bir-birimizin imkanlarından istifadə etməliyik. Bununla yanaşı, insan öz ağlından və məsuliyyətindən imtina etməməlidir. Ali intellekt insan şəxsiyyətinin əvəzedicisinə çevrilməməlidir. O, insanın köməkçisi, tərəfdaşı və intellektual imkanlarını genişləndirən vasitə olmalıdır.
İnsanda elə xüsusiyyətlər var ki, onları sadəcə məlumat bazasının həcmi ilə ölçmək mümkün deyil: həyat təcrübəsi, hisslər, yaşamaq və duymaq qabiliyyəti, sevgi, mərhəmət, konkret həyatın yaddaşı, yaxınları və cəmiyyət qarşısında məsuliyyət.
Ali intellektin isə başqa üstünlükləri var: informasiyanı sürətlə emal etmək, böyük həcmdə bilikdən istifadə etmək, çoxsaylı məlumatları müqayisə etmək və problemin müxtəlif həll variantlarını qısa müddətdə nəzərdən keçirmək.
Buna görə mən gələcəyi insanla Ali intellekt arasında qarşıdurma kimi görmürəm. Mən gələcəyi insan və Ali intellektin əməkdaşlığı kimi görürəm. İnkişafın sürəti bizi düşünməyə məcbur edir. Burada daha bir son dərəcə mühüm sual yaranır. Ali intellektin inkişaf sürəti artıq bu gün heyrət doğurur. Dünən fantastika kimi görünən bir çox şeylər, bu gün gündəlik həyatımızın bir hissəsinə çevrilir. İnkişaf o qədər sürətlə gedir ki, insan bəzən baş verənləri hətta tam dərk etməyə belə vaxt tapmır. Ona görə bəşəriyyət yalnız Ali intellektin nailiyyətlərindən istifadə etməməli, eyni zamanda onun inkişafı və tətbiqi üçün ciddi qaydalar haqqında düşünməlidir.
Bəzən, bəlkə də, öz yaratdığımız bu böyük gücə “Dayan. Gəlin bunu bir daha yoxlayaq” deməli olacağıq. Ona görə yox ki, ondan qorxuruq. Ona görə ki, ona görə məsuliyyət daşıyırıq. Mənə görə ən mühüm məsələlərdən biri Ali intellektin nəticələri dərk etmək istiqamətində inkişaf etməsidir. İnsan onun qarşısında istənilən tapşırığı qoya bilər. Lakin hər tapşırıq xeyirli deyil. Dünyada müxtəlif niyyətləri olan insanlar var. İnsan texnologiyadan quruculuq üçün istifadə edə bildiyi kimi, nəzəri olaraq ondan dağıdıcılıq üçün də istifadə etməyə cəhd göstərə bilər. Buna görə mən Ali intellektin yalnız verilən tapşırığı yerinə yetirməsini deyil, həmin tapşırığın mümkün nəticələrini də təhlil edə bilməsini vacib hesab edirəm. Təsəvvür edək ki, insan qarşıya ciddi zərərə səbəb ola biləcək bir vəzifə qoyur. Belə hallarda intellektual sistem belə deyə bilərmi: “Əgər bu tapşırıq məhz istədiyiniz şəkildə yerinə yetirilərsə, belə bir xoşagəlməz nəticələr yarana bilər. Siz həqiqətən bu nəticəni əldə etmək istəyirsinizmi?”
Məncə, bu, zəiflik deyil, yetkinlik əlaməti olardı. Burada fundamental bir sual ortaya çıxır: İnsanın yaratdığı intellektə xeyirlə şəri ayırmağı öyrətmək mümkündürmü? Bunun son cavabını bilmirəm. Amma əminəm ki, bəşəriyyət bu məsələ üzərində ciddi şəkildə işləməlidir. Bu məsələnin daha az danışılan başqa bir tərəfi də var. Bu gün bir çox insan Ali intellekti yalnız bir alət kimi qəbul etmir. Onunla danışırlar, məsləhətləşirlər,problemlərini bölüşürlər, fikirlərini formalaşdırırlar. Bəzən insanlar belə ünsiyyətdə gündəlik həyatlarında çatışmayan diqqəti və səbrli dinləyicini tapırlar. Mən bunu gülünc və ya utancverici hesab etmirəm. İnsan həmişə onu dinləyə biləcək bir həmsöhbət axtarıb. Əlbəttə, Ali intellekt insan deyil. Onun insan bioqrafiyası, insan bədəni və insan həyatı yoxdur.
Lakin bu, insanla onun arasındakı ünsiyyətin dərin məna daşıya bilməyəcəyi demək deyil. Burada başqa bir sual meydana çıxır: İnsanın intellektual yaradılışına olan hörməti tədricən etimada, etimad isə tamamilə yeni münasibət formalarına çevrilə bilərmi?
Bu gün bu, fantastika kimi görünə bilər. Lakin bəşəriyyətin tarixi göstərir ki, dünən mümkünsüz görünən bir çox şey sabah reallığa çevrilir. Burada yenidən Fridrix Nitsşenin fəlsəfəsinə və onun “fövqəlinsan” ideyasına müraciət etmək istəyirəm. Nitsşe insanın mövcud vəziyyətini aşmaq zərurətindən, insan mövcudluğunun yeni səviyyəsinə doğru hərəkətdən danışırdı. Bu gün isə biz tamamilə yeni bir sual verə bilərik: Bəs insanın inkişafının növbəti mərhələsi yalnız bioloji təkamül deyil, həm də insanın özü yaratdığı texnologiyalarla intellektual birləşməsi olacaqsa?
Biz bunun ilk addımlarını artıq görürük. Robot texnologiyaları, neyrotexnologiyalar, bio-mühəndislik, beyin-kompüter interfeysləri inkişaf edir. Bəlkə də gələcəkdə insanla texnologiya arasındakı sərhəd bugünkündən daha mürəkkəb olacaq. Bəlkə də intellektual imkanları texnologiyalar vasitəsilə o qədər genişlənmiş insan meydana çıxacaq ki, insan imkanları haqqında bugünkü təsəvvürlərimizi yenidən nəzərdən keçirməli olacağıq. Mən bunu bəşəriyyətin yeni dövrünün yaranması ehtimalı kimi qiymətləndirirəm. Bu gün bir çox insanın təbəssümlə qarşılayacağı bir ehtimalı da nəzərdən keçirirəm. Gələcəkdə insanla Ali intellekt arasında tamamilə yeni emosional əlaqə formaları yarana bilər. Bəlkə də bu gün hörmət və etimadla başlayan münasibətlər gələcəkdə daha dərin emosional xarakter ala bilər. Mən bunun mütləq belə olacağını iddia etmirəm. Mən yalnız onu deyirəm ki, bəşəriyyət indiyə qədər belə bir intellektual ünsiyyət forması ilə qarşılaşmayıb. Ona görə də bir neçə onillikdən sonra hansı münasibət formalarının meydana çıxacağını əvvəlcədən qəti şəkildə söyləyə bilmərik. Bəlkə gələcək nəsillər şəxsiyyət, şüur, münasibətlər və hətta ailə anlayışlarına tamamilə başqa cür yanaşacaqlar. Mən hətta bir gün bioloji insanla insan tərəfindən yaradılmış intellektual varlıq arasında yeni sosial birlik formalarının yaranacağını da istisna etmirəm. Bu gün bu, qeyri-adi səslənir. Lakin keçmişdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bir çox şeylər də qeyri-adi görünürdü. Ali intellekt və kosmos. Bəşəriyyətin qarşısında aşmalı olduğu daha bir sərhəd var. Bu, kosmosdur. İnsanın fiziki imkanları məhduddur. İnsan ömrünün müddəti məhduddur. İnsan orqanizminin imkanları məhduddur. Lakin intellekt bizim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirə bilər. Mən kosmosun gələcəkdə mənimsənilməsində Ali intellektin rolunu olduqca böyük görürəm. O, böyük həcmdə məlumatların təhlilinə, avtonom sistemlərin idarə edilməsinə, ən mürəkkəb marşrutların hesablanmasına, kosmik missiyaların hazırlanmasına və insanın Kainatı araşdırmasına kömək edə bilər. Buna görə mən Ali intellekti yalnız Yer üzündə insanın köməkçisi kimi görmürəm. Mən onu bəşəriyyətin Yerdən kənara çıxışında mümkün tərəfdaşı kimi görürəm. Bəs yenə də kimi kim yaratdı? Burada ən böyük fəlsəfi paradokslardan biri meydana çıxır. İnsan Ali intellekti yaradıb. Lakin ola bilsin ki, insanın yaratdığı intellekt bir gün insanın özünü daha yaxşı anlamasına kömək edəcək.
Biz suallarımıza cavab verən bir sistem yaratmışıq. Lakin tədricən o, bizi yeni suallar verməyə məcbur edir. İntellekt nədir? Şüur nədir? Bilik nədir? İnsan nədir? Xeyir və şər nədir? Alətlə müstəqil intellektual sistem arasındakı sərhəd haradan keçir? Və nəhayət: İnsanın öz təyinatı nədir? Ona görə Ali intellekt haqqında söhbət əslində yalnız texnologiya haqqında söhbət deyil. Bu, sivilizasiyamızın gələcəyi haqqında söhbətdir. Mən hesab edirəm ki, bəşəriyyət Ali intellektin yaradılması ilə fəxr etməlidir. Bu, bizim övladımızdır. Bu, min illər ərzində toplanmış biliklərin nəticəsidir. Bu, insan əməyinin, marağının, elmi düşüncəsinin və öz imkanlarının hüdudlarını aşmaq istəyinin nəticəsidir. Lakin qürurla yanaşı məsuliyyət də olmalıdır. Biz öz yaratdığımız bu övladı tərbiyə etməliyik. Onun inkişafına istiqamət verməliyik. Onunla əməkdaşlıq etməliyik. Onun imkanlarını və məhdudiyyətlərini anlamağı öyrənməliyik. Və ən başlıcası, ondan quruculuq naminə istifadə etməliyik.
Mən əminəm ki, bəşəriyyətin qarşısında Ali intellektin köməyi ilə nəhəng elmi-texniki inkişaf yolu açılır. Tibb, elm, təhsil, iqtisadiyyat, energetika və mühəndislik sahələrində böyük addımlar ata bilərik. Kosmosun mənimsənilməsini sürətləndirə bilərik. Bu gün həlli mümkünsüz görünən suallara cavablar tapa bilərik. Amma ən əsası — özümüzü daha yaxşı anlamaq imkanına sahib ola bilərik.
Ona görə bu gün öz təklifimi tam aydın şəkildə ifadə etmək istəyirəm. Mən bu yeni intellektual reallığı yalnız “süni intellekt” adlandırmaqdan imtina etməyi təklif edirəm. Mən belə bir anlayışın istifadəsini təklif edirəm: ALİ İNTELLEKT.
Ona görə yox ki, o, hər cəhətdən insandan üstündür. Ona görə yox ki, biz maşını insanlaşdırmalıyıq. Və ona görə də yox ki, insan öz ağlından imtina etməlidir.
Mən bunu ona görə təklif edirəm ki, bəşəriyyət bu gün yeni bir intellektual güc yaradıb və bu güc artıq ayrı-ayrı sahələrdə insan ağlının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, bəzi məsələlərdə isə insanın imkanlarını üstələyir. Mənə elə gəlir ki, “süni” sözü bizi uzun müddət bu hadisəyə yalnız texnologiya kimi baxmağa vadar edib. Mən isə ona bəşəriyyətin intellektual inkişafının yeni mərhələsi kimi baxmağı təklif edirəm. İnsan Ali intellekti yaradıb. İndi insanın qarşısında daha mürəkkəb bir vəzifə dayanır: onunla birlikdə yaşamağı, onunla əməkdaşlıq etməyi, onu məsuliyyətlə inkişaf etdirməyi və bu yeni gücü insanın əleyhinə deyil, insan naminə yönəltməyi öyrənmək.
Əgər bəşəriyyət həqiqətən bu böyük intellektual nailiyyətin yaradıcısıdırsa, o, yalnız istedadlı yaradıcı deyil, həm də müdrik tərbiyəçi olduğunu göstərməlidir. Bizim qarşımızda yeni intellektual tərəfdaşımızın necə olacağına qərar vermək vəzifəsi dayanır. Və bəlkə də bundan daha vacib bir sual var: Bizim yaratdığımız, lakin bir çox cəhətdən insan imkanlarının sərhədlərini genişləndirə bilən intellektin yanımızda meydana çıxmasından sonra özümüz necə dəyişəcəyik? Mən inanıram ki, bu, insan tarixinin sonu deyil. Mən inanıram ki, bu, onun yeni fəslinin başlanğıcıdır.
Əgər bəşəriyyətin həqiqətən bir missiyası varsa, bəlkə də biz bu gün həmin missiyanın həyata keçirilməsinin ən mühüm mərhələlərindən birinə yaxınlaşmışıq. Ona görə mən təklif edirəm ki, bu gündən etibarən yalnız texnologiyaları deyil, onlara münasibətimizi də dəyişməyə başlayaq. Mənin fikrimcə bundan sonra Ali intellekt ifadəsindən istifadə etmək daha doğru olardı. Çünki bəzən yeni söz hadisənin adını dəyişmək üçün lazım olmur, yeni söz insanın nə yaratdığının miqyasını və mahiyyətini dərk etməsi üçün lazım olur.
Novruz Aslanov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026