İranın cavabı gecikmədi: BƏƏ-dəki strateji hərbi baza PUA hücumuna məruz qaldı
Tarix: 31-08-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər

Yaxın Şərqdə ABŞ–İran qarşıdurmasının yeni mərhələyə keçdiyi bildirilir. İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərində yerləşən strateji “Əl-Minhad” hərbi bazasına onlarla zərbə PUA-sı ilə hücum etdiyini açıqlayıb.
Tehranın məlumatına görə, əməliyyat zamanı əsas hədəflər bazada ABŞ qüvvələrinin və hərbi helikopterlərin yerləşdiyi ərazilər olub. İran tərəfi hücumu ABŞ qüvvələrinin Larak adasına endirdiyi zərbələrə cavab kimi təqdim edib.
İran hərbi rəhbərliyi Larakdakı hücum nəticəsində SEPAH hərbçiləri və mülki şəxslər arasında ölənlərin olduğunu bildirərək BƏƏ-dəki əməliyyatı “adekvat cavab” adlandırıb.
“Əl-Minhad” Yaxın Şərqdə mühüm hərbi-logistik obyektlərdən biri hesab olunur. Bazadan ABŞ-la yanaşı, Böyük Britaniya və Avstraliya daxil olmaqla bir sıra ölkələrin silahlı qüvvələrinin logistika və nəqliyyat məqsədilə istifadə etdiyi bildirilir.
Hələlik ABŞ, BƏƏ və ya beynəlxalq koalisiya tərəfindən hücumun nəticələri, mümkün dağıntılar və insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb. Buna görə İranın zərbələrin miqyası və nəticələri ilə bağlı açıqlamaları qarşı tərəfin təsdiqi olmadan qalır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026