Mobil versiya
İranı vuracaqlarını açıqladı - Neft bahalaşdı
Tarix: 01-09-2026 | Saat: 07:05
Bölmə:Dünya | çapa göndər

İranı vuracaqlarını açıqladı -

ABŞ Prezidenti Donald Tramp İrana qarşı məhdud hərbi əməliyyat keçirilə biləcəyini açıqlayıb.

aia.az xəbər verir ki, onun sözlərindən sonra qlobal neft bazarında qiymətlər yüksəlib və “Brent” markalı neftin bir barreli 90 dolları keçib.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin İranı bu gecə hədəf ala biləcəyini dilə gətirib: “Bu gecə İrana zərbə endirə bilərik. Amma hücumlar məhdud olacaq”.

Trampın açıqlamasından sonra Yaxın Şərqdə gərginliyin artacağı ilə bağlı narahatlıqlar qlobal enerji bazarlarına da təsir edib.

Bildirilib ki, mümkün hərbi əməliyyatın miqyasından asılı olaraq neft qiymətlərindəki artım və bazarlardakı dalğalanma davam edə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2026