Bax Buda Bizim PREZİDENTİMİZ
Tarix: 01-09-2026 | Saat: 13:18
Bölmə:Gündəm / Özəl | çapa göndər

Günün fotosu: Azərbaycanın sözü artıq böyük masalarda eşidilir
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısından yayılan bir foto diqqəti xüsusilə cəlb edir. Kadra Azərbaycan Prezidenti İlham Əliyev, Hindistanın Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev düşüb.
Şəkildə liderlər birlikdə hərəkət edərkən Prezident İlham Əliyevin danışdığı, digər dövlət başçılarının isə ona diqqətlə qulaq asdığı görünür. İlk baxışdan adi protokol kadrı təsiri bağışlasa da, foto Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyi simvolik şəkildə ifadə edir.
Kadrda dünyanın ən böyük dövlətlərindən ikisinin – Hindistan və Rusiyanın rəhbərləri, Mərkəzi Asiyanın aparıcı ölkələrindən biri olan Özbəkistanın Prezidenti və Azərbaycanın dövlət başçısı yan-yana görünür. Bu mənzərə Azərbaycanın artıq böyük siyasi platformalarda sadəcə iştirak edən deyil, dialoqun içində olan və mövqeyi dinlənilən dövlətlərdən birinə çevrildiyini göstərən diqqətçəkən görüntüdür.
Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasının arxasında ölkənin yerləşdiyi strateji mövqe, enerji və nəqliyyat layihələri, Şərqlə Qərb arasında bağlantılardakı rolu, Türk dünyası ilə münasibətləri və müxtəlif güc mərkəzləri ilə paralel dialoq aparmaq imkanları dayanır. Bu səbəbdən Bakı ilə münasibətlər regional çərçivəni aşaraq daha geniş beynəlxalq maraqlar sisteminin tərkib hissəsinə çevrilib.
Belə qeyri-rəsmi təmasların başqa bir əhəmiyyəti dövlətlər arasında yaranan fikir ayrılıqlarının yumşaldılması üçün imkan yaratmasıdır. Rəsmi danışıqlardan kənarda baş tutan qısa söhbətlər belə tərəflərin bir-birinin mövqeyini birbaşa eşitməsinə və münasibətlərdəki gərginliyin azaldılmasına xidmət edə bilər.
Azərbaycanla Hindistan arasında müəyyən məsələlər üzrə yaranmış fikir ayrılıqları, eləcə də Bakı-Moskva münasibətlərində zaman-zaman müşahidə edilən gərginlik fonunda liderlərin bir araya gəlməsi siyasi dialoqun davam etdiyini nümayiş etdirir. Bu isə münasibətlərdə mövcud problemlərin həlli üçün diplomatik kanalların açıq qalması baxımından mühüm əhəmiyyət daşıyır.
Bişkekdən yayılan həmin foto da məhz buna görə adi bir xatirə kadrından daha çox məna daşıyır. Azərbaycanın imzası artıq imzalar içindədir. Ölkənin rəhbəri beynəlxalq toplantılarda proseslərin kənarında deyil, böyük dövlətlərin liderləri ilə birbaşa dialoqun mərkəzində görünür. Bu isə Azərbaycanın regional və beynəlxalq siyasətdə artan çəkisinin ən diqqətçəkən görüntülərindən biri kimi qiymətləndirilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər