Bişkekdən görünən yeni Azərbaycan- DEPUTAT YAZIR
Tarix: 01-09-2026 | Saat: 15:40
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Böyük Avrasiya coğrafiyasında geosiyasi qarşıdurmaların və siyasi parçalanmaların dərinləşdiyi bir vaxtda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki çəkisi getdikcə artır. Sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” formatındakı görüş bu reallığın növbəti nümayişi oldu. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu daşımasına baxmayaraq, Cənab Prezident İlham Əliyevin bu platformadakı iştirakı göstərdi ki, Bakının siyasi və iqtisadi imkanları artıq hər hansı formal statusla ölçülə bilməz. Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının və Türk dünyasının inteqrasiya proseslərinin mühüm mərkəzlərindən birinə çevrilib və Bişkekdəki diplomatik təmaslar bu mövqenin təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Qırğızıstan münasibətlərinə xüsusi yer verməsi də təsadüfi deyildi. Cəmi bir ay əvvəl imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Azərbaycan və Qırğızıstan arasında tarixi, mədəni və mənəvi bağlar bu gün artıq siyasi müttəfiqlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı beynəlxalq dəstək ilə tamamlanır. Cənab Prezident İlham Əliyev Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini də yüksək qiymətləndirərək, Bişkeklə Bakının beynəlxalq platformalarda bir-birinə daha yaxın mövqedə dayandığını nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən görüşlər isə bu mənzərəni daha da tamamladı. Beləliklə, Bişkekdə Azərbaycan diplomatiyasının üç mühüm istiqaməti – Türk dünyası, Mərkəzi Asiya və regional əməkdaşlıq – eyni siyasi xətt üzərində birləşdi.
Cənab Prezidentin çıxışının ən mühüm məqamlarından biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla bağlı idi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, 30 ildən artıq davam edən işğala son qoyub və indi qarşısında duran əsas vəzifələrdən biri regionu qarşıdurma məkanından əməkdaşlıq məkanına çevirməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və uzunmüddətli münaqişənin siyasi tarixə çevrilməsi üçün real zəmin yaranıb. Artıq iki ölkə arasında neft məhsullarının tədarükü, üçüncü ölkələrin yüklərinin tranziti, ticarət dövriyyəsinin artırılması və yeni nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində praktiki addımların atılması onu göstərir ki, Cənubi Qafqazda yeni mərhələ başlayır. Azərbaycanın qələbəsinin ən böyük siyasi nəticələrindən biri də budur: münaqişə ilə tanınan region tədricən sülh, tranzit, ticarət və qarşılıqlı iqtisadi maraqlar coğrafiyasına çevrilir.
Bişkekdə cənab Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın xarici siyasətinin yalnız milli maraqlardan deyil, beynəlxalq sistemin problemlərindən də çıxış etdiyini göstərdi. 1993-cü ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul edilmiş dörd qətnamənin uzun illər icrasız qalması beynəlxalq hüququn ən ciddi problemlərindən birini ortaya qoymuşdu. Azərbaycan bu qətnamələri özü icra etdi və ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. Prezident İlham Əliyev indi daha geniş bir məsələyə diqqət çəkir: gələcəkdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların vaxtında və səmərəli icrasını təmin edən mexanizmlər yaradılmalıdır. Bu fikir Azərbaycanın yaşadığı təcrübənin beynəlxalq sistem üçün çıxardığı dərsdir və eyni zamanda BMT-nin nüfuzunun qorunmasına yönəlmiş çağırışdır.
Enerji sahəsində də Azərbaycanın rolu eyni məntiq üzrə genişlənir. Ölkəmiz uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Lakin Azərbaycanın geosiyasi əhəmiyyəti yalnız enerji resursları ilə məhdudlaşmır. Enerji, nəqliyyat, ticarət və siyasi əməkdaşlıq imkanlarının bir-birini tamamlaması Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirir. Eyni zamanda Türk dövlətləri arasında əlaqələrin sürətlə dərinləşməsi Azərbaycanın bu prosesdəki mövqeyini möhkəmləndirir. Bakı–Ankara strateji müttəfiqliyi, Bakı–Astana əməkdaşlığı, Bakı–Bişkek müttəfiqlik münasibətləri və digər türk dövlətləri ilə artan əlaqələr göstərir ki, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası artıq yalnız gələcəyə hesablanmış ideya deyil, real prosesdir.
Azərbaycanın bu proseslərdə əsas üstünlüyü onun balanslı və praqmatik xarici siyasət yürütməsidir. Bakı bir geosiyasi mərkəzin orbitinə daxil olmaqla deyil, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqla milli maraqlarını təmin edir. Şərqlə əməkdaşlıq edən Azərbaycan Qərblə enerji və nəqliyyat tərəfdaşlığını da genişləndirir, Türk dünyası ilə inteqrasiyanı dərinləşdirir, Mərkəzi Asiya ilə strateji əlaqələr qurur və çoxtərəfli diplomatiyanın imkanlarından istifadə edir. Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrliyin təcrübəsi də bu siyasətin mühüm göstəricisidir. Azərbaycanın diplomatik gücü məhz bu müxtəlif istiqamətləri bir-birinə qarşı qoymadan vahid milli maraqlar xəttində birləşdirə bilməsindədir.
Bişkekdən görünən mənzərə Azərbaycanın artıq regionda gedən prosesləri izləyən dövlət olmadığını göstərir. Azərbaycan öz suverenliyini bərpa edib, Cənubi Qafqazda yeni sülh gündəliyi formalaşdırır, Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının əsas həlqələrindən birinə çevrilir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Türk dünyasının siyasi-iqtisadi birliyinin möhkəmlənməsində fəal rol oynayır. Cənab Prezident İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər bütün bu istiqamətlərin vahid strateji xəttin tərkib hissələri olduğunu göstərdi. Avrasiyanın geosiyasi xəritəsi yenidən cızılır və bu yeni xəritədə Azərbaycanın yeri artıq kənarda deyil. Bakı getdikcə yolların üzərində yerləşən ölkədən yolların istiqamətini müəyyənləşdirən ölkəyə çevrilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-09-2026