210 milyon illik yeni dinozavr növü kəşf edildi
Tarix: 03-09-2026 | Saat: 07:53
Bölmə:Ölkə | çapa göndər

Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı “aysberqin yalnız ucu”dur.
aia.az xəbər verir ki, timsahlar və suayğırları ilə əhatə olunmuş Kariba gölü ətrafında aparılan qazıntılar səkkiz illik araşdırma və təhlillərdən sonra yeni növün müəyyənləşdirilməsi ilə nəticələnib.
Dinozavra yerli dildə “kol sakini” mənasını verən “Musango matusadonaensis” adı verilib.
Qondvana superqitəsinin mövcud olduğu Trias dövrünün sonlarında yaşayan bu canlı Diplodokus kimi uzunboyunlu nəhəng dinozavrların erkən əcdadlarından biri hesab edilir.
Təxminən 8 yaşında və tam yetkin olduğu düşünülən dinozavrın uzunluğu 4,5 metr, çəkisi isə 222 kiloqram olub. Tədqiqatçılar onun onurğa, qabırğa, qol və ayaq sümüklərini aşkar etsələr də, kəlləsini hələ tapa bilməyiblər.
Alimlər növün su hövzələrinin yaxınlığında bitkilərlə qidalanan ot yeyən və ya hər şeylə qidalanan canlı olduğunu ehtimal edirlər. Onun kəlləsinin tapılması qidalanma xüsusiyyətləri və duyğu qabiliyyətləri barədə daha dəqiq məlumat əldə etməyə imkan verə bilər.
İki ayaq üzərində hərəkət etdiyi müəyyən edilən “Musango matusadonaensis”, Zimbabvedə indiyədək aşkar edilmiş cəmi beşinci dinozavr növüdür.
Cənubi Afrika, Böyük Britaniya və Zimbabvedən olan mütəxəssislərin iştirak etdiyi ekspedisiya ərazidəki sıx vəhşi təbiət səbəbindən olduqca təhlükəli şəraitdə keçirilib.
Matusadona Milli Parkının sərhədləri daxilində, ən yaxın yaşayış məntəqəsindən təxminən 50 kilometr uzaqda çalışan tədqiqatçılar çaydan səyyar laboratoriya kimi istifadə ediblər.
Yerli bələdçilərin müşayiəti ilə aparılan qazıntılar zamanı komanda timsah, suayğırı, fil və şirlərlə bağlı təhlükələrlə üzləşib. Buna baxmayaraq, tədqiqatçılar ekspedisiyanı paleontologiya tarixində ən riskli, eyni zamanda ən məhsuldar araşdırmalardan biri kimi qiymətləndirirlər.
Trias və Yura dövrləri arasındakı keçid mərhələsinə işıq salan bu kəşf dinozavrların Yer üzündə dominant canlılara çevrilməsi prosesinin öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.
Tədqiqatçılar qədim qayaların və yaxşı qorunmuş çöküntü hövzələrinin dünyada nadir olduğunu bildirirlər. Onların fikrincə, Cənubi Afrikadakı fosil yataqlarının əvvəllər düşünüldüyü kimi vahid quruluşa malik olmadığı, əksinə, əhəmiyyətli regional fərqlər nümayiş etdirdiyi ortaya çıxır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-09-2026
07:55 Messinin varisi o oldu
02-09-2026
22:40 Bu yol tam bağlanacaq