Mobil versiya
İran ABŞ hərbi bazasında "əsas obyekt"i VURDU - YENİLƏNİB
Tarix: 03-09-2026 | Saat: 08:02
Bölmə:Manşet / Dünya | çapa göndər

İran ABŞ hərbi bazasında "əsas obyekt"i



İran Küveyt ərazisində yerləşən ABŞ hərbi bazasında "əsas obyekt"i vurduğunu bildirib.

aia.az-ın məlumatına görə, bu barədə İranın Press TV televiziya kanalı məlumat yayıb.

Bazaya raket və pilotsuz təyyarələrin zərbələrindən sonra havaya tüstü buludlarının qalxdığı iddia edilir. Mümkün itki və ya ziyan barədə rəsmi məlumat yoxdur.

07:23

Küveyt ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını alır.

aia.az xəbər verir ki, bu barədə Küveyt ordusunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda Küveytin hava hücumundan müdafiə qüvvələri İranla əlaqəli raket hücumları və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə aparır", - deyə açıqlamada bildirilib.

İranın "Tasnim" agentliyi isə Küveytdə ehtimal ki, ABŞ hərbi bazalarının raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qaldığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə