Mobil versiya
Türkiyədən Rusiyaya uçuşlar kütləvi şəkildə ləğv edilir
Tarix: 03-09-2026 | Saat: 10:54
Bölmə:Dünya | çapa göndər

Türkiyədən Rusiyaya uçuşlar kütləvi şəkildə ləğv edilir

Türkiyənin "Pegasus" və "Türk Hava Yolları" şirkətləri Rusiyaya həyata keçirilən bəzi uçuşları ləğv edib.

aia.az xəbər verir ki, qərar Rusiyanın hava məkanında yaranmış vəziyyətlə əlaqələndirilir.

"Pegasus" Moskvanın Vnukovo hava limanından Sankt-Peterburq, Samara və Ufa istiqamətlərinə planlaşdırılan uçuşları dayandırıb. Həmçinin İstanbul istiqamətində iki, Bodrum və Dalaman istiqamətlərində isə bir reys ləğv olunub.

Bunun ardınca "Türk Hava Yolları"nın Vnukovodan İstanbula həyata keçirməli olduğu üç uçuşun da baş tutmayacağı bildirilib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın hava məkanının sentyabrın 1-dən etibarən təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2026