Mobil versiya
Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
Tarix: 04-09-2026 | Saat: 10:23
Bölmə:Dünya | çapa göndər

Rusiya Almaniyanı zərbə endirməklə hədələdi

Almaniyada Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsi halında onların olduğu məkanlar Moskva tərəfindən legitim hərbi hədəflər kimi nəzərdən keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiyanın Berlindəki səfirliyindən mənbə bildirib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Moskva öz təhlükəsizliyini təmin edərkən bu cür planları nəzərə alacaq.

Qeyd edək ki, Almaniyada Rusiyaya qarşı ilk uzaqmənzilli sistemlərin yerləşdirilməsi 2027-ci ildə başlayacaq və bu proses 2030-cu illərin ortalarında tamamlanacaq. Diplomatlar bu sistemlərin mənzilinin iki min kilometrə qədər olacağını açıqlayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə