Mobil versiya
Metroya minənlərin sayı AZALDI
Tarix: 04-09-2026 | Saat: 14:29
Bölmə:Ölkə | çapa göndər

Metroya minənlərin sayı

Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC ilə 13 milyondan çox sərnişin səfər edib.

aia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.

Bildirilib ki, bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb. Məlumata görə, ötən ayın lideri 1 400 424 sərnişinlə "Koroğlu" stansiyası olub. 3 avqust 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.

Eyni zamanda, "Əlçatan metro" xidməti çərçivəsində 79 sifariş icra olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2026