Mobil versiya
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
Tarix: 09-09-2026 | Saat: 07:10
Bölmə:Ölkə | çapa göndər

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Evdə hazırlanan mürəbbədə şəkərin miqdarını azaltmaq istəyənlər üçün meyvə seçimi əsas amillərdən biri hesab olunur.

aia.az xəbər verir ki, bu barədə Marmiton kulinariya portalı məlumat yayıb.

Bildirilib ki, çiyələk, moruq, göyəm, şaftalı və ərik daha az şəkərlə də dadlı mürəbbə hazırlamağa imkan verir. Mürəbbənin qatı olması üçün isə pektinlə zəngin alma, heyva, qırmızı və qara qarağat kimi meyvələrdən istifadə tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, 1 kiloqram meyvəyə təxminən 150 qram şəkər əlavə etmək kifayət edə bilər. Pektin az olduqda isə mürəbbənin konsistensiyasını qorumaq üçün aqar-aqar və ya çia toxumundan istifadə etmək mümkündür. (Medicina.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2026