Mbappe Çempionlar Liqasının ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub
Tarix: 09-09-2026 | Saat: 07:48
Bölmə:İdman | çapa göndər

Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub.
aia.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin birinci turu çərçivəsində Milan "İnter"inə qarşı keçirilən matçda Mbappe 14-cü dəqiqədə hesabı açıb.
Hücumçu üçün bu qol turnir tarixində 71-ci olub. Mbappe ispan futbolçu Raula çatıb.
Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri portuqaliyalı Kriştiano Ronaldudur, onun hesabında 140 qol var. İkinci yerdə argentinalı Lionel Messi (129), üçüncü - polyak Robert Levandovski (109), dördüncü isə fransız Kərim Benzemadır (90).
2026-cı il dünya çempionatında Mbappe turnirin ən yaxşı bombardiri olub. Fransa yığmasının səkkiz matçında onun hesabında on qol və dörd məhsuldar ötürmə var. O, həmçinin milli komandanın ən yaxşı bombardiridir - Fransa yığmasının heyətində 66 qol. O, 2018-ci ildə dünya çempionu olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2026
08-09-2026