Azər Kərimli: “Dövlət yalnız öz ərazisində ali hakimiyyətə malik olduqda suveren hesab olunur”
Tarix: 09-09-2026 | Saat: 11:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Hər bir dövlətin tarixində elə məqamlar olur ki, həmin hadisələr sonrakı inkişaf istiqamətini müəyyənləşdirir. Azərbaycan üçün belə dönüş nöqtələrindən biri dövlət suverenliyinin tam bərpa olunmasıdır. Bu hadisə yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda dövlət idarəçiliyinin bütün ölkə ərazisində bərqərar olması, milli iradənin təntənəsi və müstəqilliyin real məzmun qazanması deməkdir. Məhz buna görə Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Suverenlik anlayışı dövlətin beynəlxalq hüququn tamhüquqlu subyekti kimi fəaliyyət göstərməsinin əsas şərtidir. Dövlət yalnız öz ərazisində ali hakimiyyətə malik olduqda, sərhədlərinə tam nəzarət etdikdə və daxili-xarici siyasətini müstəqil müəyyənləşdirdikdə suveren hesab olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu hüquqa malik olsa da, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisinin bir hissəsi uzun illər işğal altında qalmışdı. Buna baxmayaraq, beynəlxalq birlik həmin torpaqları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr də Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili qeyd edib ki, beynəlxalq hüququn tələbləri siyasi iradə ilə dəstəklənmədikdə işğalın aradan qaldırılması mümkün olmur: “Otuz ilə yaxın davam edən danışıqlar prosesinin nəticəsiz qalması bunu bir daha sübut etdi. Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirdi, şəhər və kəndləri dağıtdı, tarixi və dini abidələri məhv etdi, təbii sərvətləri talan etdi. Azərbaycanın bütün sülh təşəbbüsləri isə qarşı tərəf tərəfindən rədd edildi, əksinə, yeni ərazi iddiaları və hərbi təxribatlar davam etdirildi. Belə şəraitdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi tarixi reallığı dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı və işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Müharibənin nəticələri Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn haqqının təmin olunması ilə yanaşı, regionda yeni geosiyasi vəziyyət formalaşdırdı. Ardınca Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədlərinə tam nəzarətin təmin olunması istiqamətində mühüm addım oldu və Azərbaycanın suveren hüquqlarının praktik müstəvidə həyata keçirildiyini nümayiş etdirdi. Bu prosesin məntiqi yekunu isə 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri oldu. Cəmi bir sutkadan da az davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycanın Konstitusiya quruluşu bütün ərazilərdə bərpa edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bununla dövlət suverenliyi tam təmin olundu, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün ölkəmiz tamamilə yeni inkişaf mərhələsindədir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan daxili sabitliyi möhkəmləndirir, iqtisadi potensialını artırır, beynəlxalq tərəfdaşlıqlarını genişləndirir və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Dövlət Suverenliyi Günü də məhz bu yeni dövrün rəmzi kimi milli yaddaşımızda mühüm yer tutur, xalqımızın dövlətçilik iradəsini və gələcəyə inamını daha da gücləndirir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2026