Mobil versiya
Xaricdən mal gətirənlərin nəzərinə! - Qaydalar dəyişir
Tarix: 09-09-2026 | Saat: 21:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Xaricdən mal gətirənlərin nəzərinə! - Qaydalar dəyişir


Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün yeni qayda tətbiq olunacaq.

“aia.az” xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib.

Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.

Əl yükündə və ya baqajda kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edəcək.

Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur.

Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.

Dəyişiklik çərçivəsində bəyannamə formalarının 10 və 12 nömrəli əlavələri də yenilənib.

Qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2026