Mobil versiya
Son Dəqiqə! Bakı və Vaşinqtondan Zəngəzur HAZIRLIĞI
Tarix: 11-09-2026 | Saat: 12:10
Bölmə:Siyasət | çapa göndər

Son Dəqiqə! Bakı və Vaşinqtondan Zəngəzur HAZIRLIĞI


Bakıda Azərbaycan və ABŞ nümayəndələri TRIPP marşrutunun həyata keçirilməsi, onun boyunca infrastrukturun qurulması və marşruta nəzarət edəcək idarəetmə şirkətinin yaradılmasını müzakirə ediblər. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, davamlı sülhün və regional təhlükəsizliyin təmin olunması məsələləri də nəzərdən keçirilib. Tərəflər həmçinin Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin nəticələrini və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının perspektivlərini müzakirə ediblər.
ABŞ və Azərbaycan arasında TRIPP marşrutunun reallaşdırılması ilə bağlı müzakirələrin intensivləşməsi layihənin artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq praktiki icra prosesinə yaxınlaşdığını göstərir. Marşrut üzrə idarəetmə şirkətinin yaradılması və zəruri infrastrukturun formalaşdırılması istiqamətində atılan addımlar layihənin institusional əsaslarının qurulması baxımından mühüm mərhələ hesab olunur. TRIPP layihəsi üzrə idarəetmə şirkətinin yaradılması və marşrut boyunca infrastrukturun qurulması ilə bağlı müzakirələr hansı mərhələdədir və bu prosesin praktiki olaraq başlaması üçün hansı addımların atılması gözlənilir?

Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında üçtərəfli sənədin imzalanması həm Azərbaycanla Ermənistan arasında sülhün əsasının qoyulması, həm də dünya üçün əhəmiyyətli olan Zəngəzur dəhlizi məsələsinin həll edilməsi idi:
“İndi isə bu layihənin praktiki həyata keçirilməsi prosesi gedir. ABŞ prezidentinin təşəbbüsü ilə o marşrutun adı “Tramp marşrutu” adlandırıldı. Sonrakı dövrdə isə əldə edilmiş bu razılığın həyata keçirilməsi üçün addımlar atılmağa başlandı. Bu gün də addımlar atılır. Azərbaycan bu məsələyə çoxdan hazır idi, vətən müharibəsindən sonra Azərbaycan nə vaxtsa Azərbaycanla onun Naxçıvan bölgəsi arasında nəqliyyat dəhlizinin açılacağına inanırdı və ciddi hazırlıqlar görürdü. Dəmiryolu xətti Ermənistan sərhəddinə qədər çəkilib. Eyni zamanda, Naxçıvanda da dəmir yolu xəttinin bərpası üçün ciddi işlər görülür. Ermənistan bir müddət müqavimət göstərsə də 8 avqust razılaşmasından sonra Zəngəzur yolunun açılmasına dəstək vermək qərarına gəldilər. Zəngəzur dəhlizinin-“Tramp marşrutu”nun idarə edilməsinin ABŞ şirkətinə verilməsi qərara gəlindi. Vaxtaşırı ABŞ nümayəndələri Ermənistanda və Azərbaycanda olaraq bu məsələ ilə bağlı müzakirələr keçirirlər. Bu günlər keçirilən müzakirələr isə artıq məsələnin praktiki müstəviyə keçdiyini göstərir”.

Aydın Mirzəzadə qeyd edib ki, prezident İlham Əliyev vaxtaşırı bu prosesin gedişi barədə ictimaiyyətə məlumat verir: “Son məlumatlar göstərir ki, artıq məsələ konkret tikinti-quraşdırma işlərinin aparılması mərhələsinə keçirilib. Azərbaycan burada həm texniki, həm də ehtiyac olarsa digər məsələlərdə dəstək verməyə hazırdır. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycan üçün deyil, dünya üçün olduqca əhəmiyyətlidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026