Mobil versiya
“Cəhənnəm sanksiyaları” qəbul edildi
Tarix: 17-09-2026 | Saat: 07:36
Bölmə:Dünya | çapa göndər

“Cəhənnəm sanksiyaları” qəbul edildi

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

aia.az xəbər verir ki, “cəhənnəm sanksiyaları” adlandırılan və mərhum senator Lindsi Qrem tərəfindən hazırlanan sənəd sentyabrın 16-da 262 səslə lehinə, 159 səslə əleyhinə qəbul olunub.

Qanun layihəsi qüvvəyə minməsi üçün Prezident Donald Trampın imzasını gözləyir.

Sənəd Rusiyanın yüksəkvəzifəli şəxslərinə, oliqarxlarına, banklarına və digər maliyyə qurumlarına, eləcə də, sanksiyalardan yayınmaq üçün istifadə olunan “kölgə donanmasına” qarşı yeni məhdudiyyətlər nəzərdə tutur.

Qanun layihəsi həmçinin Rusiya nefti və qazının ən böyük alıcıları olan ölkələrə 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verir. Sənəddə İrana qarşı mövcud sanksiyaların da uzadılması nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə