Mobil versiya
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
Tarix: 17-09-2026 | Saat: 08:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

19 yaşlı Xədicənin ölüm təfərrüatı:

Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.

aia.az Baku TV-yə istinadla bildirir ki, hadisə 19 yaşlı Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində baş verib.

Xəsarət alan gənc qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:

"Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda vəfat etmişdi", - deyə o söyləyib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026