Mobil versiya
Lənkəranda ağır yol qəzası: 2 ölü
Tarix: 17-09-2026 | Saat: 09:09
Bölmə:Manşet / Ölkə | çapa göndər

Lənkəranda ağır yol qəzası:

Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026